ELEVSİN, E l e f s i s (Ἐλευσίς) – Attikada (Yunanıstan) şәhәr, Afinadan 22 km q-dәdir. E.-dә yaşayış Neolit dövründәn mövcud olmuşdur.
E.ә. 2-ci minillikdә axayların şәhәr-dövlәtlәrindәn biri idi. Müdafiә divarlarının, saray, çar sәrdabası vә әyanlara mәxsus qәbirlәrin qalıqları e.ә. 16–12 әsrlәrdә E.-in әhәmiyyәtli rol oynadığını göstәrir. Demetra vә Persefonanın ayini mәrkәzi olan E.-dә e.ә. 1-ci minillikdә Elevsin misteriyaları keçirilirdi. 1882 ildәn aparılan qazıntılar nәticәsindә Afinadan E.-ә aparan müqәddәs yolun bir hissәsi, e.ә. 6 әsr – eramızın 3 әsrinә aid mәbәdgah qalıqları vә s. aşkar edilmişdir. Memarlıq abidәlәri vә komplekslәri (fraqmentlәri saxlanılmışdır): tolosları olan nekropol vә meqaron (hәr ikisi e.ә. 15–13 әsrlәr), Perikl vә digәr hakimlәrin dövrünә aid ardıcıl yerlәşәn telesterionların (toplantı vә misteriyaların keçirilmәsi üçün zallar) qalıqları ilә mәbәdgah, Kiçik (tәqr. e.ә. 40) vә Böyük (eramızın 2 әsrinin ikinci yarısı) propileylәr, Qәdim Roma tikililәri (2 Zәfәr tağı, Artemida mәbәdi). Esxil E.-dә doğulmuşdur. Eramızın 396 ilindә şәhәr qotlar tәrәfindәn dağıdılmışdır. Hazırda arxeoloji
muzeydir.
Елевсин шящяринин харабалыглары