ELEVTERLӘR (yun. ελέυθεροι, hәrfi mәnada azadlar) – 10 әsrdәn Bizansda asılı kәnd әhalisinin müәyyәn qrupları. Әvvәl E. hüquqi cәhәtdәn azad, feodal mülkündә torpaqsız mәskunlar idi. E.-in çoxu torpaq sahiblәrindәn torpaq sahәlәri alıb davamlı mülkiyyәt hüququnu tәdricәn әldә edәrәk 12 әsrdә pariklәrlә qarışdılar. Bu dövrdә E.-in bir hissәsi feodalların nökәri sayılır, digәrlәri isә onların hәrbi dәstәlәrinә daxil olurdular. 13–15 әsrlәrdә E. çox vaxt malikanәdә ağır istismara mәruz qalan yoxsul muzdurlar idilәr. Bizansda “E.” termini geniş mәnada “imperatorun bütün azad tәbәәlәri” kimi dә istifadә olunurdu.