ELEYA MӘKTӘBİ – e.ә. 5–6 әsrlәrdә fәaliyyәt göstәrmiş qәdim yunan fәlsәfә mәktәbi. Banisi Ksenofon Kolofonlu, әsas nümayәndәlәri Parmenid, Zenon Eleyalı yası, mәktәbin adı buradan götürülmüşdür), Meliss Samosludur. E.m. ilk dәfә tәfәkkürü (vә düşünülәn varlığı) hissi dәrk etmәyә (vә hissi dәrk edilәn varlığa) qarşı qoymuş, insan duyğularının vә hissi varlığın dәyişkәn, axıcı olduğunu vurğulamış, idrakda başlıca yeri tәfәkkürün roluna vermişdir. E.m. fәlsәfә tarixindә ilk dәfә vahid varlıq anlayışını irәli sürmüş vә bütün fәlsәfi mühakimәlәrini onun әsasında qurmuşdur. Bu, E.m. tәrәfindәn fasilәsiz, dәyişmәz, bölünmәz, gerçәkliyin hәr xırda elementindә mövcud olan, şeylәrin hәr hansı çoxluğunu vә hәrәkәtini istisna edәn varlıq kimi başa düşülürdü (hәrәkәtin mümkünsüzlüyü vә s. haqqında Zenon Eleyalının mәşhur düşün-cәlәri). Sonralar vahid dәyişmәz varlıq anlayışı Platon fәlsәfәsinin vә neoplatonizmin mәnbәlәrindәn biri olmuşdur.