Azərbaycan Milli Ensiklopediyası
    ƏHMƏDOV Nazim Hidayәt oğlu

    ƏHMƏDOV Nazim Hidayәt oğlu (d.1.1. 1947, Azәrb. SSR Ordubad r-nunun (Nax. MR)  Vәnәnd  k.)  –  Azәrb.  iqtisadçısı, iqtisad e.d. (2007), prof. (2012). Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu bitirmişdir (1968). SSRİ Dövlәt Bankı Azәrb. filialının Nax. idarәsindә kredit inspektoru, iqtisadçı vә baş iqtisadçı (1968–74), Nax. Dövlәt Un- tindә (1974 ildәn) müxtәlif vәzifәlәrdә, o cümlәdәn iqtisadiyyat vә idarәetmә (1992– 98), mühasibat uçotu vә maliyyә (1998– 2004)  kafedralarının  müdiri  vәzifәsindә çalışmışdır. Hazırda hәmin kafedranın vә Nax. Müәllimlәr İn-tunun prof.-udur. Tәdqiqatları Azәrb.-da istehlak bazarının formalaşması  vә  Nax.  MR  iqtisadiyyatının öyrәnilmәsi sahәsindәdir. 240-dan çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadr hazırlanmasında xidmәti var.

    Ə s ә r l ә r i: Naxçıvan iqtisadiyyatı inkişaf yollarında. B., 2005; Azәrbaycanda istehlak malları bazarının formalaşması vә inkişafı problemlәri. B., 2007.