ELGER Semyon Vasilyeviç (1.5.1894, Böyük Abakası kәndi, indiki Çuvaş Resp., İbresinsk r-u– 6.9.1966, Çeboksarı) – çuvaş yazıçısı. Çuvaşiya MSSR-in xalq yazıçısı (1940). Kәndli ailәsindә doğulmuşdur. Birinci dünya müharibәsindә әsir düşmüş, 1918 ildә qayıtmışdır. İlk şeiri 1921 ildә dәrc olunmuş, 1922 ildәn “Kanaş” (“Sovet”) qәzeti vә “Suntal”(“Zindan”) jurnalı ilә әmәkdaşlıq etmәyә başlamışdır. 1928 ildә “Zәmanә” adlı ilk şeirlәr toplusu çap olunmuşdur. 1931 ildә “Zülm altında” tarixi poemasını nәşr etdirmişdir. “Dan yeri qızaranda” (1940), “Odlar vә fırtınalar arasında” (1949) romanlarının, “On sәkkizinci il” (1953) dramatik poemasının müәllifidir.