ELGİ – RF-dә, Saxa (Yakutiya) Resp.-nda çay. İndigirka çayının sol qolu. Uz. 394 km, hövzәsinin sah. 68,2 min km2. Deqdeqa vә Kao çaylarının birlәşmәsindәn әmәlә gәlmişdir. Elgi yaylası ilә axır, qar vә yağış suları ilә qidalanır. İyundan sentyabrın ortasınadәk bolsuludur. Ortaillik su sәrfi aşağı axınında 106 m3/san-dir. Oktyabrdan mayın axırı – iyunun әvvәlinәdәk donur.
Елэи чайы.