ELGİ YAYLASI – RF-dә, Saxa (Yakutiya) Resp.-nda yastıdağlıq. Yana-Oymyakon yaylasının mәrkәzi hissәsindә, Elgi (İndigirka hövzәsi) vә Delinne (Aldan hövzәsi) çayları hövzәsindәdir. Qumdaşı vә alevrolitlәrdәn ibarәt çaylararası düzәnliklәrdә günbәzvarı zirvәlәr yüksәlir (hünd. 1590 m-әdәk). Yamaclarında sidr kolluqları, yuxarılarda daşlı-şibyәli tundra, dәrәlәrdә nadir qaraşam tayqası, subasar sahәlәrdә söyüdlüklәr vә qovaq meşәlәri yayılmışdır.