ƏHMƏDOV Ramin Muxtar oğlu (d.16. 1.1945, indiki Oğuz r-nunun Xaçmaz k.) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2013). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1969). 1972 ildәn ADPU-da çalışır, Azәrb. әdәbiyyatı tarixi kafedrasının dosentidir (1990 ildәn). Tәdqiqatları, әsasәn, Azәrb. milli dramaturgiyasının aktual problemlәrinә hәsr olunmuşdur. 150-yәdәk elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın, dәrslik vә proqramların müәllifidir.