ƏHMƏDOV Riad Fikrәt oğlu (20.12.1956, Bakı – 25.1.1992, Şuşa) – Azәrb.-ın Milli Qәhrәmanı (7.6.1992, ölümündәn sonra). 1976–79 illәrdә Azәrb. SSR Ədliyyә Nazirliyi yanında Mәhkәmә Ekspertizası İntunda laborant işlәmişdir. 1979–80 illәrdә hәmin nazirliyin Qanun Layihәlәrinin Hazırlanması vә Qanunvericiliyin Sistemlәşdirilmәsi İdarәsindә mәslәhәtçi, 1980–81 illәrdә kadrlar şöbәsindә baş mәslәhәtçi vәzifәlәrindә çalışmışdır. 1981 ildә tәhlükәsizlik orqanlarında fәaliyyәtә başlayan Ə. 1981–82 illәrdә SSRİ Dövlәt Tәhlükәsizlik Komitәsinin (DTK) Minsk Ali Hәrbi Mәktәbindә tәhsil almışdır. 1989 ildә Qarabağda gedәn döyüşlәrә qatılmış, 1991 ildә polkovnikleytenant rütbәsindә Çaykәndin azad olunmasında iştirak etmişdir. 1992 ildә Azәrb. Resp. Müdafiә Nazirliyi Kәşfiyyat İdarәsinin rәis müavini tәyin olunmuşdur. Ə.-un başçılığı ilә xüsusi tәyinatlı dәstә Dağlıq Qarabağ uğrunda gedәn döyüşlәrdә düşmәnin xeyli canlı qüvvәsini vә hәrbi texnikasını mәhv etmişdir. Daşaltı әmәliyyatının gedişindә itkin düşmüşdür. Ə.-un şәrәfli döyüş yolunu әks etdirәn “İgidnamә” sәnәdli vә “Qayıt, Riad” bәdii-sәnәdli filmlәri çәkilmişdir. Bakıda adına mәktәb var.