ƏHMƏDOV Şahin Əli Ağa oğlu (d.9.5. 1950, Bakı) – Azәrb. fiziki, fizikariyaziyyat e.d. (2003), prof. (2014). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1972). Azәrb. Milli Aerokosmik Agentliyindә aparıcı elmi işçi vә Ekologiya İn-tunda şöbә müdiri (1975–2007) vәzifәlәrindә çalışmışdır . 2007–11 illәrdә Milli Aviasiya Akademiyasının әtraf mühitin aerokosmik monitorinqi kafedrasının dosenti olmuş, 2011 ildәn AzTU-da prof.-dur. Elmi işlәri ekologiya, iqlim, atmosfer fizikası, Yerin kosmosdan tәdqiqi sahәsinә aiddir. 150-dәn artıq elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.