ƏHMƏDOV Şamil Teymur oğlu (25.8. 1924, Gәdәbәy r-unun Söyüdlü k.–16.8. 2009, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1963), prof.(1964). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1951). Hәmin un-tin neft kimyası kafedrasında assistent, baş müәllim, dosent vә kafedra müdiri (1959–65) işlәmiş, üzvi kimya kafedrasının müdiri (1965–92) olmuşdur. Əsas tәdqiqatları aromatik karbohidrogenlәrin, çoxnüvәli vә kondenslәşmiş aromatik karbohidrogenlәrin alkillәşdirilmәsinә vә bu reaksiyalar nәticәsindә nüvәlәrdә әvәzolunmanın bәzi qanunauyğunluqlarının öyrәnilmәsinә hәsr edilmişdir. 320-dәn çox elmi әsәrin, o cümlәdәn dәrslik vә dәrs vәsaitlәrinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.