Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELİADE

    ELİADE Mirça (13.3.1907, Rumıniya, Buxarest – 22.4.1986, ABŞ, Çikaqo) – rumın antropoloqu, yazıçısı, din tarixçisi, fәlsәfә doktoru (1928). Qәdim Şәrq, fәlsәfә vә dinlәr tarixi ilә daha dәrindәn mәşğul olmaq mәqsәdilә ingilis, fransız, alman, italyan, latın dillәrini öyrәnmiş, sanskrit dilinә vә hind fәlsәfәsinә yiyәlәnmәk üçün 1928 ildә Kәlkәttә Un-tinin dәvәti ilә Hindistana sәfәr etmiş, bir müddәt Misirdә, Seylon a.-nda, Himalay monastırında yaşamışdır. 1931 ildә Avropaya qayıdaraq bir sıra un-tlәrdә dinlәr tarixindәn dәrs demiş, Sorbonna Un-tindә mühazirәlәr oxumuş (1948), Çikaqo Un-tinin prof.-u (1957) vә “Dinlәr tarixi” kafedrasının rәhbәri (1957–86) olmuşdur.

    E. “Әbәdi qayıdış haqqında mif. Arxetiplәr vә tәkrarlanma” (1949) әsәrindә Avropa sivilizasiyasının taleyinә baxış kontekstindә fәlsәfi görüşlәrini, hәmçinin özünün yaratdığı “arxaik ontologiya” anlayışını şәrh etmişdir. Bu termin E.-nin spekulyativ әnәnәvi metafizika әsasında işlәyib-hazırladığı xüsusi fәlsәfi antropologiya formasını bildirir vә onun tәrәfindәn E.Husserl, J.Dümezil, Z.Freyd, M.Haydegger, K.Yunq vә b.-nın yaradıcılığı mәhz bu yanaşmaya uyğun yenidәn dәyәrlәndirilirdi. E.-yә görә, dünya tarixindә iki dünyagörüşü tipi özünü göstәrir: “arxaik”, “әnәnәvi”, “şәrq”, “tarixәqәdәrki” (zamanın silsilәli olması haqqında mifә әsaslanan “silsilәvi”) vә “müasir”, “qәrb”, “tarixi” (tarixin müәyyәn mәqsәdә doğru ardıcıl inkişafı haqqında tәsәvvürlәrә әsaslanan “yәhudi-xristian”) dünyagörüşü. Varlıq vә zamanın qarşılıqlı әlaqәsi
    problematikasını diqqәt mәrkәzinә gәtirmәklә bu sahәdәki düşüncәlәrini tamamlayır vә müxtәlif mifoloji, dini, fәlsәfi sistemlәrdә zamanın şәrhi ilә bağlı olan ideyaları, rәmzlәri, ayinlәri nәzәrdәn keçirirdi. E. әnәnәvi antropologiyanın müasir dünya böhranından xilas olmaq kimi fundamental vәzifәsini tarixiliyi aşmaq vasitәsilә hәll etmәk istәyir, müasir Qәrbi Avropa mәdәniyyәtinin özünüdәrk prosesindә tarixiliyi әsas mәnfi mәqam olaraq dәyәrlәndirirdi. E. әmin idi ki, arxaik insanın özünü tarixi varlıq kimi dәrketmәdәn imtinası ona tarixin tәzyiqi altından çıxmağa vә onun dәhşәtlәrindәn qurtulmağa imkan verir. E.-yә görә, müasir insanın sәciyyәvi cәhәti varlığın absurdu qarşısında qorxu hissi keçirmәsidir vә bundan narahatlıq duyan filosof üçün etnoqrafiyanın vә dinlәr tarixinin öyrәnilmәsi aktualdır.

    E. 20 әsrin intellektual mühitinә mütlәq ruhi azadlıq, birdәfәlik vә әbәdi olaraq bәrqәrar edilmiş harmoniya dünyası – Şәrq haqqında mif düşüncәsini irәli sürmüşdür. Miflәrin tәdqiqinә hәsr olunmuş “Miflәr, yuxugörmәlәr, misteriyalar” (1957), “Miflәrin növ müxtәlifliyi” (1963) vә s. әsәrlәrindә E. belә bir tezislә çıxış edirdi ki, mif fövqәltәbii varlıqların iştirakı ilә baş verәn dünya yaradılışı aktlarının “müqәddәs tarix”idir. Mifoloji şüur antik fәlsәfәdә, orta әsrlәrin xalq xristianlığında üstün mövqedә olsa da, 20 әsrin fәlsәfә vә incәsәnәtindә, müasir kütlәvi informasiya vasitәlәrinin tәqdimatlarında özünün intibah dövrünü yaşayır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV