Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELİOT Corc

    ELİOT Corc (tәxәllüsü; әsl adı Meri Ann Evans) (22.11.1819, Uorikşir, Arberi malikanәsi – 22.12.1880, London) – ingilis yazıçısı. Müxtәlif fәlsәfi mәktәblәrin, xüsusilә O.Kontun vә H.Spenserin pozitivizminin tәsiri altında cәmiyyәtin tәdrici tәkamülü vә siniflәrin bәrabәrliyi harmoniyası ideyasını qәbul etmişdir. “Klerikal hәyatdan sәhnәlәr” (1858) povestlәr toplusunda (“Amos Barton”, 1860; “Mister Hilfilin mәhәbbәti”, 1859; “Cenetin tövbәsi”, 1860) kәndin sosial vә mәnәvi ziddiyyәtlәrini göstәrәn mövzuya müraciәt etmişdir. E-un demokratiyaya olan rәğbәti “Adam Bid” (c.1–3,1859) romanında әks olunur. Әdibin yaradıcılığı bәzi xüsusiyyәtlәrinә görә naturalizmә yaxın olsa da, “Flosda dәyirman” (1860) romanında әyalәt meşşanlığını sәciyyәlәndirәn tipik sәhnәlәri dә qәlәmә almışdır. Altruizmi – tәmәnnasız xidmәt etmәyi rәhbәr tutanlarla xudbin mәnәviyyatlı varlıların müqayisәsi ”Sayles Marner” (1861) romanının әsas süjet xәttini tәşkil edir. “Feliks Holt, radikal” (c.1–3,1866) vә “Middlmarç”(c.1–4,1871–72) romanları var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV