ƏHMƏDOV Şükür Əli oğlu [12.5.1926, Azәrb. SSR Kәngәrli r-nunun (indiki Nax. MR Babәk r-nu) Böyük Düz k. – 5.7.1970, hәmin k.-dә] – Sosialist Əmәyi Qәhrәmanı (1949). 1940–70 illәrdә Naxçıvan r-nundakı “Azәrbaycan” k-zunun baş çobanı, indiki Şәrur r-nundakı K.Marks ad. k-zda sәdr müavini, Şahtaxtı k.-ndәki baytar mәntәqәsinin müdiri, H.Cavid ad. k-zun sәdri, baytar hәkimi, Şahbuz r-nundakı “Azәrbaycan” k-zunun sәdri işlәmişdir. 1948 ildә qoyunçuluq sahәsindә yüksәk nailiyyәtlәr әldә etmişdir.