Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELİOT Tomas

    ELİOT Tomas Sternz (26.9.1888, ABŞ, Missuri, Sent-Luis – 4.1.1965, London) – amerikan-ingilis şairi, dramaturq, tәnqidçi. Nobel mükafatı laureatı (1948). Harvard Un-tini bitirmişdir (1909). 1910–11 illәrdә Parisdә yaşamış, Sorbonna Un.-tindә fәlsәfә vә dil üzrә mühazirәlәrdә iştirak etmişdir. 1911 ildә ABŞ-a qayıdaraq Harvardda hind fәlsәfәsi vә sanskrit dili üzrә doktorantura tәhsili almışdır. İlk şeirlәrini 1909–10 illәrdә redaktoru olduğu “Harvard advokeyt” jurnalında dәrc etdirmişdir. 1916 ildәn “Littl revyu” adlı ABŞ әdәbi jurnalında dәrc olunmağa başlamışdır. Yaradıcılığının erkәn dövrünә aid әn diqqәtәlayiq şeirlәri müasirlәri tәrәfindәn ingilis-amerikan modernizminin manifesti hesab olunan “Alfred Prufrokun mәhәbbәt nәğmәsi” (1917) kitabında toplanmışdır. 1919 ildә “Şeirlәr” toplusu çap olunmuş, 1922 ildә isә әn görkәmli әsәri olan “Bәhәrsiz torpaq” poemasını nәşr etdirmişdir. 20 әsrin 30-cü illәrindәn başlayaraq dram әsәrlәri yazmışdır (“Kilsәdә qәtl”, 1934; “Ailәnin birlәşmәsi”, 1939; “Axşam kokteyli”, 1950; “Şәxsi katib”, 1954; “Yaşlı dövlәt xadimi”, 1959). “İst Koker” (1940), “Byornt Norton” (1941), “Balaca Giddinq” (1942), “Dörd kvartet” (1943) vә s. poemaları tәnqidçilәr tәrәfindәn әn yetkin әsәrlәr kimi dәyәrlәndirilmişdir. “Dörd kvartet” poemasından sonra “hәyatda olan әn görkәmli ingilisdilli şair” adını qazanmışdır.

    E. әdәbi tәnqidçi kimi “Taym” jurnalının әlavәsinin nәşrindә fәal iştirak etmişdir. “Yeni tәnqid” (ABŞ), “Kembric mәktәbi” (İngiltәrә) cәrәyanlarının nümayәndәsi olmuşdur. Estetik problemlәrlә maraqlanmış (“Müqәddәs meşә” toplusu, 1920), fransız şairi Sen-Jon Persin “Anabasis” poemasını ingilis dilinә tәrcümә etmişdir.

    E. müasir dünyaya üsyankarcasına yanaşmış, mәnәvi böhranlar yaradıcılığının әsas xәttini tәşkil etmişdir. İnsanın Allah tәrәfindәn verilәn mәnәvi dәyәrlәri itirmәsi vә daxili düşkünlük haqqında mövcud fikirlәr yaradıcılığının formalaşmasına tәsir göstәrmişdir.

    E. 1948 ildә İngiltәrәnin “Xidmәtlәrinә görә” ordeni, Fransanın “Fәxri legion” ordeni ilә tәltif edilmiş, Göte mükafatına layiq görülmüşdür. ABŞ vә Avropanın 16 un-tinin fәxri doktoru olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV