ƏHMƏDOV Tapdıq Sәmәd oğlu (1914, indiki Goranboy r-nunun Bağçakürd k. – 23.4.1975, Bakı) – Sosialist Əmәyi Qәhrәmanı (1950). Böyük Vәtәn müharibәsinin iştirakçısı olmuşdur. Qubaxәlilli әtçilik-südçülük s-zunun, indiki Şәmkir rnundakı M.Əzizbәyov ad. s-zun direktoru, Azәrb. Şәrabçılıq Trestinin rәisi, Azәrb. Elmi Tәdqiqat Su Tәsәrrüfatı Layihә İn-tunda baş mütәxәssis, Hövsan südçülük-tәrәvәzçilik s-zunun, Qobu qoyunçuluq s-zunun direktoru (1943–75) vәzifәlәrindә işlәmişdir. 1949 ildә üzümçülük sahәsindә yüksәk nailiyyәtlәr әldә etmişdir. AKP 17-ci qurultayının nümayәndәsi olmuş (1949), Qırmızı Əmәk Bayrağı ordeni vә medallara layiq görülmüşdür.