ƏHMƏDOV Teymur Əkbәr oğlu (d.25.12.1930, Şәmkir) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (1988), prof. (1993). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1954). 1954–61illәrdә “Sovet Ermәnistanı” qәzeti redaksiyasında (Yerevan) әdәbi işçi, mәsul katibin müavini, 1965–68 illәrdә “Azәrbaycan” jurnalı redaksiyasında (Bakı) tәnqid vә әdәbiyyatşünaslıq şöbәsinin müdiri işlәmişdir. 1968–90 illәrdә Azәrb. SSR EA Nizami ad. Dil vә Ədәbiyyat İntunda baş elmi işçi, Cәnubi Azәrbaycan әdәbiyyatı şöbәsi müdirinin müavini, aparıcı elmi işçi işlәmiş, 1996 ildәn hәmin şöbәnin müdiridir. 1990–96 illәrdә müxtәlif mәtbuat orqanlarında çalışmış, 1995 ildәn “Respublika” qәzetinin baş redaktorudur. Tәdqiqatları, әsasәn, N.Nәrimanovun hәyat vә yaradıcılığına, müasir Azәrb. әdәbiyyatının inkişafı mәsәlәlәrinә hәsr olunmuşdur.
Ə s ә r l ә r i: N.Nәrimanovun yaradıcılıq yolu. B., 1990; Ədәbi-bәdii fikir tarixindәn. B., 2001.