ELİSTA (1944–57 illәrdә S t e p n o y ) – RF-dә şәhәr. Kalmık Resp.-nın paytaxtı. Әh. 125 min (2010). Ergeni yüksәkliyinin c.-ş. hissәsindә yerlәşir. D.y. st. Avtomobil yolları qovşağı. Aeroport.
Елиста. Будда Шакйамунинин гызыл мябяди
Şәhәrin adı kalmık dilindәki “elstya” (qumlu) sözündәn götürülmüşdür. 1853 ildә E. adlanan qobuda Elista meşә plantasiyası adlanan mәskәn salındı. 1865 ildә E. kәnd, 20 әsrin әvvәllәrindә Manıç ulusunun mәrkәzi idi. 1918 ilin fevralında E.-da sovet hakimiyyәti quruldu. 1927 ildәn Kalmık MV-nin, 1935 ildәn Kalmık MSSR-in paytaxtı oldu. 1930 ildә şәhәr statusu almışdır. 1942 ilin avqustunda alman qoşunları tәrәfindәn işğal olundu, 1942 ilin dekabrında azad edildi. Şәhәr demәk olar ki, tam yandırılmışdı. 1943 il dekabrın 28-dә kalmık xalqı Sibir, Şimali Qazaxıstan vә Uzaq Şәrqә deportasiya olundu. E.-nin bәrpasından sonra әhali şәhәr әtrafına köçdü. 1944–57 illәrdә Kalmık MSSR lәğv edildi, E.-nın adı dәyişdirilәrәk Stepnoy oldu vә eyniadlı r-nun mәrkәzinә çevrildi.
Saqan-Aman mәbәdi (1798), Qırmızı mәktәb (1907), Qızıl darvaza, Şahmat sarayı vә ya “Siti-Çess” (şahmat yarışı vә işgüzar simpoziumlar keçirilir; memarlar S. Kurnev, L. Әminov, A. Bosçayev, 1998), Budda Şakyamuninin qızıl mәbәdi (memarlar Kurnev, Әminov, V.Gilyandinov, 2005–2006), “Oğlan vә әjdaha” fәvvarә-heykәli E.-nın memarlıq nümunәlәridir.
Kalmık k.t. ETİ (1926), REA-nın Kalmık Humanitar Tәdqiqat İn-tu (1941), Arid Әrazilәrin Kompleks Tәdqiqat İn-tu, Kalmık Torpaq Resursları ETİ; Un-t (1970), M.A. Şoloxov ad. Moskva Dövlәt Huma- nitar, Rusiya Dövlәt Humanitar, Cәnub Federal un-tlәrinin vә s. filialları; avtomobil yolu texnikumu, pedaqoji, tibb kolleclәri, mәdәni-maarif mәktәblәri әsas tәhsil müәssisәlәridir. N.N.Palmov ad. Diyarşünaslıq (1921), Tәsviri sәnәt (1977) muzeylәri, Basanqov ad. Dövlәt Teatrı (1936), Milli kitabxana (1958), “Vәtәn” mәdәniyyәt mәrkәzi (1938) fәaliyyәt göstәrir.
Елиста. Шащмат музейи
E.-da iki dövlәt televiziya şirkәtinin (“Kalmıkiya dövlәt televiziya vә radio şirkәti” vә “Xamdan” dövlәt televiziya vә radio şirkәti), hәmçinin bir çox Rusiya televiziya kanallarının verilişlәri yayımlanır. Altı radiostansiya (“Russkoye radio”, “Avtoradio”, “Retro FM”, “Yevropa Plyus” vә
s.) fәaliyyәtdәdir (2013). Әn iri nәşrlәr: “İzvestiya Kalmıkii”, “Parlamentskiy vestnik Kalmıkii”, “Xalmq Ynn” (“Kalmitskaya pravda”; kalmık vә rus dilindә), “Elistinskaya panorama”, “Elistinskiy kuryer”, “Stepnaya mozaika”; hәmçinin “Teegin gerl” әdәbi-bәdii vә ictimai-kütlәvi jurnal, uşaqlar üçün “Bayr” jurnalı (hәr ikisi kalmık vә rus dillәrindә) işıq nәşr olunur.
Kalmıkiyanın sәnaye vә mәdәniyyәt mәrkәzidir. Yeyinti, yüngül sәnaye vә tikinti materiallarının istehsalı müәssisәlәri var.