ƏHMƏDOV Tofiq Rәşid oğlu (d.20.7. 1947, Dәvәçi r-nu, Gülәmli k.) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (2007), prof. (2012). 1969 ildә Azәrb. Dövlәt Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirmişdir. Elmi-pedaqoji fәaliyyәti in-tun (un-tin) geofizika kafedrası ilә bağlı olmuşdur. 1982 ildәn hәmin kafedranın dosentidir. 1979–82 illәrdә Əlcәzairin Karbohidrogenlәr İn-tunun geofizika kafedrasında müәllim vә kafedra müdiri işlәmiş, 1982 ildәn ADNSU-nun geofizika kafedrasının dosentidir. Tәdqiqatları seysmik kәşfiyyat mәlumatlarının emalı vә interpretasiyası üzrәdir. 82 elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.