ƏHMƏDOV Turab Mürsәl oğlu (d.7.3. 1949, Erm. SSR, Sisyan r-nu) – Azәrb. riyaziyyatçısı, riyaziyyat üzrә e.d. (2010), prof. (2012). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdlr (1975). 1978–94 illәrdә Azәrb. SSR EA-nın Riyaziyyat vә Mexanika İn-tu nәzdindә XKB-nin şöbә müdiri, aparıcı konstruktoru, 1995–2001 illәrdә direktoru, 2001–12 illәrdә AMEA-nın prezidentinin işlәr müdiri olmuşdur. 2013 ildәn Bakı Slavyan Un-tinin prorektorudur. Tәdqiqatları riyazi fizika, elektrodinamikada fiziki proseslәrin riyazi modellәri, fraktal radiofizika vә fraktal radioelektronika sahәsindәdir. 40-dan artıq elmi әsәrin müәllifidir.