ELİTA (fr. elite – әn yaxşı, seçmә) – siyasi, iqtisadi, sosial, elm, mәdәniyyәt vә s. sahәlәrdә fәaliyyәt göstәrәn xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri E.-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә E. vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә E.-nın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan E.-nın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); E. bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi E. versiyaları E.-nın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir.