ƏHMƏDOV Vaqif Mәlik oğlu (d.22.1. 1941, Qәbәlә) – Azәrb. kimyaçısı, kimya e.d. (1978), prof. (1982). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1963). Azәrb. SSR EA-nın Y.H. Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rәhbәri (1967–84), BDU-da kafedra müdiri (1984–2002), Sәudiyyә Ərәbistanında ƏrRiyad Un-tinin prof.-u (2002–08), AMEAnın Kimya Problemlәri İn-tunda (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) elmi işlәr üzrә direktor müavini (2011–14) vәzifәlәrindә işlәmiş, 2014 ildәn hәmin in-tda laboratoriya müdiridir. Tәdqiqatları yüksәkmolekullu birlәşmәlәrin vә metal kompleks katalizatorların sintezi vә tәdqiqi sahәsindәdir. 170-dәn artıq elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.