ƏHMƏDOV Vüqar Mikayıl oğlu (V ü qar Əhmә d) (d.17.4.1963, Bakı) – Azәrb. әdәbiyyatşünası, şair. Filologiya e.d. (2005), prof. (2010). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1984). 1987–2006 illәrdә Azәrb. Dövlәt Televiziya vә Radio Verilişlәri Şirkәtindә böyük redaktor, baş redaktorun müavini vәzifәlәrindә işlәmiş, 2006 ildәn AMEA Nizami ad. Ədәbiyyat İn-tunda baş elmi işçidir. Tәdqiqatları S.Pişәvәrinin hәyat vә yaradıcılığına, müasir Azәrb. әdәbiyyatının inkişafı problemlәrinә hәsr olunmuşdur. 300-dәn artıq elmi әsәrin, o cümlәdәn dәrslik, dәrs vәsaitlәrinin müәllifidir. Bir çox şeirinә mahnı bәstәlәnmişdir.
Əsәri: Mircәfәr Pişәvәrinin hәyatı, mühiti vә yaradıcılığı. B., 1998.