Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELİTAR MƏDƏNİYYƏT

    ELİTAR MӘDӘNİYYӘT – cәmiyyәt  daxilindә imtiyazlı qrupların submәdәniy- yәti. E.m. qapalılıq, mәnәvi aristokratizm vә dәyәr-mәna müstәqilliyi ilә sәciyyәlәnir. E.m. eyni zamanda öz yaradıcıları olan seçilmiş azlığa arxalanaraq, kütlәvi mәdәniyyәtә (folklor, xalq mәdәniyyәti, hәr hansı tәbәqә vә ya silkin, yaxud ümumilikdә rәsmi mәdәniyyәt meyarları, 20 әsr texnokratik cәmiyyәtinin mәdәni sәnayesi vә s.) qarşı durur. İbtidai cәmiyyәtlәrdә kahinlәr, tayfa başçıları, şamanlar vә b. kütlә üçün olmayan vә açıqlanmasına icazә verilmәyәn biliklәrin daşıyıcılarına çevrilmişdilәr. E.m. ilә kütlәvi mәdәniyyәt arasında bu münasibәt müxtәlif formalarda daim tәzahür etmişdir (dini sektalar, ruhani-cәngavәr ordenlәri, mason lojaları, sәnәtkar sexlәri, dini-fәlsәfi yığıncaqlar, әdәbi-bәdii vә intellektual dәrnәklәr vә s.). Bu yolla formalaşan elitar bilik, vәrdiş, dәyәr, norma, prinsip vә әnәnәlәr bir sıra hallarda peşәkarlığı vә dәrin ixtisaslaşmanı tәmin etmişdir. Bu baxımdan E.m. istәnilәn mәdәniyyәtin daxilindә birbaşa yaradıcılıq funksiyasını öz üzәrinә götürәrәk, tәşәbbüskar vә mәhsuldar başlanğıc kimi çıxış edir; kütlәvi mәdәniyyәt isә E.m.-in nailiyyәtlәrini şablonlaşdırır, sadәlәşdirir, çoxluğun qavrayışına vә tәlәbatına uyğun şәklә gәtirir. Daim kütlәvi mәdәniyyәtә tәnqidi yanaşan E.m. әslindә onu tәqlid edir, reallığın mübaliğәli, deformasiya olunmuş obrazını yaradır.

    E.m.-in nәzәriyyәsi vә praktikası, adә- tәn, mәdәni dövrlәrin keçid mәrhәlәsindәki kәskin şәraitdә, yeniliklә köhnәliyin dәyişkәn balansı vә mәdәni böhran üzәrindә inkişaf edir. E.m. nümayәndәlәri zamanı qabaqlayan vә öz dövründә qәbul olunmayan “yenilik tәşәbbüskarları”dır. E.m. nәzәriyyәçilәri (Platon, Avqustin, A. Şopenhauer, F. Nitsşe, E. Husserl, M. Haydegger vә b.) mәdәniyyәtin demokratiklәşmәsi vә kütlәvilәşmәsinin estetik keyfiyyәt, mәzmun vә mükәmmәlliyinә, elәcә dә yeni yaradıcı axtarışa qarşı yönәldiyini göstәrmişlәr. Onlar mәnәvi dәyәrlәrin mexaniki tirajlanması vә mәdәniyyәt sәnәyesinin genişlәnmәsi şәraitindә yaradıcı şәxsiyyәtin azadlığının mәhdudlaşması, kütlәvi mәdәniyyәtә xas şablonluq, bayağılıq vә ruhsuzluq barәdә bu vә ya digәr şәkildә bәhs etmişlәr. Elitar vә kütlәvi mәdәniyyәtlәr arasında ziddiyyәt 20 әsrdә xüsusilә yüksәk olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV