ƏHMƏDOV Zaur Musa oğlu (d.12.1. 1937, Bakı) – neft vә qaz yataqlarının işlәnilmәsi sahәsindә Azәrb. alimi, texnika e.d. (1971), prof. (1972). SSRİ-nin fәxri neftçisi (1981), Azәrb. SSR Dövlәt mükafatı laureatı (1986), әmәkdar elm xadimi (2000), Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir (1959). “Azәrneft” İB-nin mәdәnlәrindә (1959–62) vә ADNSU-da (1962–2011; 1971 ildәn kafedra müdiridir) çalışmışdır. Tәdqiqatları maye vә qazın süzülmәsindә qeyri-xәtti effektlәrin öyrәnilmәsi, neft, qaz-kondensat yataqlarının yeni prinsiplәr әsasında sәmәrәli işlәnilmә sisteminin yaradılması vә s. sahәlәrdәdir. 250-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.