ƏHMƏDOVA Fәrayәt Ramazan qızı (24. 4.1950, Şәki) – Azәrb. mikrobioloqu. Biologiya e.d. (2009), prof. (2014). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1976). Azәrb. Dövlәt Tibb İn-tunda kitabxanaçı (1968–69), ADU-da kadrlar şöbәsindә inspektor (1971–73), un-tin mikrobiologiya kafedrasında laborant (1974–81), baş laborant (1981–93), müәllim (1993–95), baş müәllim (1995–98), dosent (1998–2010), prof. әvәzi (2010–14) olmuş, 2014 ildәn prof. vәzifәsindә çalışır. Tәdqiqatları Azәrb.-ın termal sularının müqayisәli mikrobioloji tәdqiqinә hәsr edilmişdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiya vә dәrsliyin müәllifidir.
Əsәri: Böyük vә Kiçik Qafqazın bәzi termal sularında yayılmış bakteriyalar. B., 2003.