ELLİN KONSTİTUSİYASI (1927) –1927 ilin iyununda konstitusiya komissiyası tәrәfindәn qәbul olunan vә Yunanıstanı respublika elan edәn tarixi sәnәd. Bu konstitusiyaya әsasәn, qanunverici hakimiyyәt senata vә deputatlar palatasına, icraedici hakimiyyәt isә respublikanın prezidentinә verilirdi. Konstitusiya vәtәndaşların qanun qarşısında bәrabәrliyini, şәxsi azadlığını, “dinc vә silahsız” toplaşmaq hüququnu, “qanunlara riayәt etmәklә” ittifaqlarda birlәşmәyi, evlәrin toxunulmazlığını, söz vә mәtbuat azadlığını, mәktublaşma sirrini elan edir, işgәncә vә ölüm cәzasını aradan qaldırırdı. E.k.-nın digәr bölmәlәri senatın, deputatlar palatasının, hökumәtin, mәhkәmә vә inzibati hakimiyyәtinin vә s.-nin fәaliyyәtini müәyyәnlәşdirirdi. 1935 ilin oktyabrında dövlәt çevrilişi nәticәsindә Yunanıstanda monar- xiyanın bәrpasına qәdәr qüvvәdә olmuşdur.