ELLİNİZM, H e l l i n i z m – Aralıq dәnizinin ş. sahili ölkәlәri tarixindә mәrhәlә; Makedoniyalı İsgәndәrin hәrbi sәfәrlәrindәn (e.ә. 334–323) başlayaraq hәmin ölkәlәrin Roma tәrәfindәn işğalına qәdәr olan dövrü әhatә edir. “E.” terminini tarixşünaslığa alman tarixçisi İ.Q. Droyzen gәtirmişdir. Tarixçilәr “E.” terminini müxtәlif şәkildә şәrh edirlәr; bir çoxları yunan vә yerli (әsasәn, Şәrq) mәdәniyyәtlәrinin qarşılıqlı tәsirini ön plana çәkir, bәzәn “E.” anlayışının xronoloji sәrhәdlәrini orta әsrlәrin başlanğıcına qәdәr gәtirib çıxarırlar. Digәrlәri başlıca diqqәti sosial-siyasi strukturların qarşılıqlı tәsiri mәsәlәsinә yönәldir, yunan-makedoniyalıların aparıcı rolunu qeyd edir, iqtisadi münasibәtlәri müasirlәşdirirlәr. Sovet tarixşünaslığında E. Aralıq dәnizinin ş. sahili ölkәlәri tarixindә sosial-iqtisadi münasibәtlәr, siyasi tәsisatlar vә mәdәni inkişaf sahәlәrindә yunan vә yerli ünsürlәrin qarşılıqlı әlaqәsi ilә xarakterizә olunan konkret tarixi bir mәrhәlә kimi şәrh edilir. E. tarixini, bir qayda olaraq, ellinist dövlәtlәrin yaranması (yaxud, İsgәndәrin sәrkәrdәlәri – diadoxların mübarizәsi), E.-in çiçәklәnmәsi, nәhayәt, ellinist dövlәtlәrin tәnәzzülü vә Roma tabeliyinә keçmәsi dövrlәrinә bölürlәr.
E l l i n i s t d ö v l ә t l ә r i n y a r a n m a s ı. İsgәndәrin ölümündәn sonra, hakimiyyәt uğrunda qısa mübarizә nәticәsindә bağlanmış sazişә әsasәn dövlәtin bütövlüyü saxlandı (İsgәndәrin ölümü әrәfәsindә onun yaratdığı dövlәt Balkan y-a-nı, Egey dәnizi a-rını, Misiri, Ön Asiyanın c. r-nlarını, Hind çayının aşağı axarınadәk Mәrkәzi Asiyanın bir hissәsini әhatә edirdi). II Filippin qeyri-qanuni oğlu Arridey vә İsgәndәrin arvadı Roksananın doğacağı uşaq vәliәhd elan olundular. Әslindә isә hakimiyyәt İsgәndәr dövründә yüksәk hәrbi vә saray vәzifәlәri tutan bir qrup makedoniyalı әsilzadәnin әlinә keçdi. Kәmağıl III Filipp (Arridey) vә IV Aleksandr (Roksananın yenicә doğduğu uşaq) dövründә Perdikka regent oldu, Yunanıstan vә Makedoniya Antipatrla Kraterin әlindә qaldı, Frakiya Lisimaxın tabeliyinә keçdi. Antiqon Kiçik Asiyada әn nüfuzlu şәxsә çevrildi. Misir Ptolemey Laqın ixtiyarına verildi. Orduda mühüm rәhbәr vәzifәlәri Selevk vә Antipatrın oğlu Kassandr tutdu.
Perdikka işğal edilәn әrazilәri qarәt yolu ilә yaşamağa öyrәşmiş ordudan istifadә edib tәkhakimiyyәtliyini möhkәm-lәndirmәyә çalışırdı. Onun Antiqona vә Ptolemey Laqa qarşı çıxışları diadoxların hakimiyyәt uğrunda uzunmüddәtli mübarizәsinin başlanğıcı oldu. Lakin Perdikkanın Misirә hәrbi sәfәri (e.ә. 321) sәmәrәsiz olduğuna görә orduda narazılıq baş verdi, Perdikka sәrkәrdәlәri tәrәfindәn öldürüldü. Antipatr regent keçdi, Antiqona Asiyanın strateq-avtokratoru sәlahiyyәti verildi. Selevk Babilistan satraplığının hakimi oldu. Antipatrın ölümündәn (e.ә.319) sonra diadoxların müharibәsi yenidәn başlandı. Yunanıstan vә Makedoniya әsas hәrbi әmәliyyatlar meydanına çevrildi. Antipatrdan sonra sәlahiyyәt sәrkәrdә Poliperxonta keçdi. Kassandr Poliperxonta qarşı mübarizәyә başladı; bu mübarizәyә çar evi, Makedoniya әsilzadәlәri vә yunan polislәri dә cәlb olundu. Nәticәdә çar sülalәsi tamamilә nüfuzunu itirdi. III Filipp, onun arvadı Evridika vә İsgәndәrin anası Olimpiada öldürüldü. Roksana oğlu ilә Kassandrın әlinә keçdi (sonra Kassandrın göstәrişi ilә hәr ikisi öldürüldü, bununla da İsgәndәr dövlәtinin ayrı-ayrı әrazilәri arasında mövcud olan formal әlaqә tamamilә qırıldı); Kassandr Makedoniyanı vә Yunanıstanın çox hissәsini özünә tabe etdi. Antiqonun güclәnmәsindәn qorxan Kassandr, Ptolemey vә Selevk ona qarşı ittifaq bağladılar. 312 ildә Ptolemey mühüm qәlәbә qazandı; e.ә. 311 ildә bağlanmış sülh müqavilәsinә әsasәn diadoxlar müstәqil hakimlәr kimi tanındı. Makedoniya taxt-tacını әlә keçirmәk niyyәtindә olan Antiqon e.ә. 307 ildә müharibәyә başladı. Onun oğlu Demetri Salamin yaxınlığında (Kipr) Ptolemeyin donanmasını mәğub etdi. Bu qәlәbәdәn sonra Antiqon özünә vә Demetriyә çar titulu verdi. Lakin İps yaxınlığındakı hәlledici döyüşdә (e.ә. 301) Lisimax, I Selevk vә Kassandr Antiqonu tam mәğlubiyyәtә uğratdılar; Antiqon döyüşdә öldürüldü, onun әrazilәri, әsasәn, I Selevklә Lisimax arasında bölüşdürüldü. Ptolemeylәr dövlәti, Selevkilәr dövlәti, Vifiniya vә Pont çarlığının әsas sәrhәdlәri müәyyәnlәşdirildi.
Makedoniya taxt-tacı uğrunda gedәn sonrakı mübarizәdә I Demetri qalib gәldi. Lakin e.ә. 287–286 illәrdә Lisimax Epir çarı Pirr ilә ittifaqda Demetrini mәğlub edib, Makedoniyanı әlә keçirdi. Demetrinin oğlu II Antiqon Qonat isә 283 ildә Makedoniya çarı elan edilәrәk Frakiya ilә Makedoniyanı hakimiyyәti altında birlәşdirdi. E.ә. 281 ildә Lisimax I Selevklә mübarizәdә hәlak oldu, onun dövlәti dağıldı. E.ә. 281 (yaxud, 280) ildә I Selevk dә öldürüldü.
E l l i n i z m i n ç i ç ә k l ә n m ә s i ( e .ә. 3 ә s r – 2 ә s r i n ә v v ә l l ә r i). E.ә. 3 әsrdә hәrbi әmәliyyatlar nisbәtәn mәhәlli xarakter daşımağa başlamışdı. Qüdrәtli donanmaya malik Ptolemeylәr Egey dәnizindә vә Yunanıstanda Makedoniyanın hökmranlığını lәğv etmәyә can atırdılar. Makedoniyanın Yunanıstanda öz әrazilәrini genişlәndirmәk cәhdlәri yunan polislәrinin müqavimәtinә rast gәlirdi. E.ә.283 ildә Perqam çarlığı Selevkilәrdәn ayrıldı, e.ә. 260 ildә Kappadokiya müstәqillik qazandı, tәqr. e.ә. 3 әsrin ortalarında Parfiya vә Yunan-Bәlx çarlıqları yarandı. E. cәmiyyәtindә iqtisadi inkişafının xa- rakterik cәhәti әmtәә istehsalı vә ticarәtin artması idi. İsgәndәriyyә, Antioxiya vә Selevkiya kimi yeni ticarәt vә sәnәtkarlıq mәrkәzlәri, Kiçik Asiya vә Suriyanın sahil r-nlarında yeni polislәr meydana gәldi. Misir, Suriya, Kiçik Asiya, Yunanıstan vә Makedoniya arasında dәnizlә müntәzәm әlaqә yarandı; Qırmızı dәnizdәn İran körfәzi boyunca, oradan da Hindistana ticarәt yolu açıldı. Misirin Qara dәniz sahili ölkәlәri, Karfagen vә Roma ilә ticarәt әlaqәlәri tәşәkkül tapdı. Pul tәdavülü vә dövriyyәsi genişlәndi.
Diadoxlar arasındakı yarımәsrlik mübarizә dövrü, әslindә, mürәkkәb strukturlu vә yeni dövlәt tipli E. cәmiyyәtinin yaranma mәrhәlәsi idi. Ellinist monarxiyaları Şәrq despotizmi vә polis quruluşu xarakterinә malik ünsürlәri özündә birlәşdirmişdi. Torpaq münasibәtlәrinin mürәkkәbliyi ellinist dövlәtlәrdә çoxtәbәqәli sosial strukturun yaranmasına sәbәb olmuşdu. Çarın ailәsi vә saray әhli, ali hәrbi vә mülki inzibati idarә aparatı, varlı şәhәrlilәr vә ali kahinlәr yuxarı tәbәqәni tәşkil edirdi. Orta tәbәqә – tacirlәr, sәnәtkarlar, çar idarәlәrinin işçilәri, yerli kahinlәr, müәllimlәr, hәkimlәr, filosoflar vә b.-dan ibarәt idi. Aşağı tәbәqәyә әmlaksız yerli әhali (laoy), asılı vә yarımasılı әkinçilәr, çar emalatxanalarının işçilәri vә b. daxil idi. Qullar әn aşağı pillәdә dururdu. Diadoxların müharibәlәri, polis quruluşunun yayılması quldarlıq münasibәtlәrinin klassik antik formada inkişafına (quldarlığın daha primitiv formaları saxlanmaqla) güclü tәkan verdi. Lakin k.t.-da (xüsusilә çar torpaqlarında) qul әmәyi yerli әhalinin ondan heç dә az sәrfәli olmayan әmәyini aradan çıxara bilmәdi.
Yunanıstan vә Makedoniyada sosial inkişaf tipi başqa formada cәrәyan edirdi. Yunan polislәrinin Makedoniyaya birlәşdirilmәsi onlara әhәmiyyәtli iqtisadi üstünlük vermәdi. Polislәrdә müstәqillik әnәnәlәri güclü olduğundan Makedoniyanın ilhaqçılıq siyasәti әhalinin demokratik tәbәqәlәrinin inadlı müqavimәtinә rast gәlirdi. Makedoniya hökmranlığına qarşı polis ittifaqları yarandı (Etoliya ittifaqı, Axayya ittifaqı). Axayya ittifaqının rәhbәrliyi Spartadakı sosial hәrәkatın inki- şafından qorxaraq kömәk üçün Makedoniya çarı III Antiqon Dosona müraciәt etdi. Sellasiya yaxınlığındakı döyüşdә (e.ә. 222/221) Makedoniya vә Axayya ittifaqının birlәşmiş qüvvәlәri Sparta çarı III Kleomenin ordusunu mәhv etdi, Spartaya Makedoniya qarnizonu yeridildi. Misirin daxili çәtinliklәrindәn istifadә edәn Makedoniya çarı V Filipp Selevki çarı III Antioxla ittifaqa girәrәk, Ptolemeylәrin Misirdәn kәnardakı torpaqlarını öz aralarında bölüşdürdülәr. Lakin yunan polislәrinin azadlığı şüarından istifadә edәn Roma Etoliya ittifaqını öz tәrәfinә çәkdi, Makedoniyaya qarşı müharibәyә başladı. E.ә. 197 il sülh müqavilәsinә әsasәn, Makedoniya Kiçik Asiya, Egey dәnizi vә Yu- nanıstandakı bütün әrazilәrini itirdi. Misirdәki daxili çәtinliklәrdәn vә Makedoniyanın Roma ilә müharibәdә mәğlubiy- yәtindәn istifadә edәn III Antiox tәqr. e.ә. 210–204 illәrdә Parfiya vә Bәlxi Selevkilәrdәn asılı vәziyyәtә saldı. Ancaq e.ә. 190 ildә Maqneziya yaxınlığında Romaya mәğlub olduqdan sonra o, Avropa vә Kiçik Asiyadakı (Tavrdan şimala doğru) әrazilәrdәn әl çәkmәyә mәcbur oldu. Bәlx, Parfiya vә Sofena da Selevkilәrin asılılığından çıxdı.
Romanın qәlәbәsi siyasi vәziyyәti kökündәn dәyişirdi: bu dövrdәn ellinist dövlәtlәrin Şәrqi Aralıq dәnizi r-nunda hegemonluq iddiasına son qoyuldu, kiçik dövlәtlәrdәn Vifiniya, Kappadokiya, Pont vә xüsusilә dә Romanın kömәyinә arxalanan Perqamın әhәmiyyәti artdı.
El l i n i s t d ö v l ә t l ә r i n t ә n ә z z ü l ü v ә R o m a t a b e l i y i n ә k e ç m ә s i (e. ә. 2 ә s r – 1 ә s r i n s o n u). Qәrbi Aralıq dәnizi ölkәlәrinin Roma hakimiyyәti altında birlәşmәsi Yunanıstanın Siciliya vә q.-dәki digәr yunan koloniyaları ilә әnәnәvi ticarәt әlaqәlәri, habelә Misir vә Suriyanın e.ә. 3 әsrdәn Şimali Afrika vә İtaliya ilә möhkәmlәnmiş әlaqәlәri baxımından mühüm dәyişikliklәr yaratdı. Ticarәt yollarının, iqtisadi mәrkәzlәrin yerdәyişmәsi prosesi başlandı. Romalıların hәrbi vә iqtisadi ekspansiyası İtaliyada vә işğal edilmiş vil.-lәrdә quldarlıq münasibәtlәrinin intensiv inkişafına sәbәb oldu: әhali kütlәvi surәtdә әsarәt altına alınır, qul alveri vә qul әmәyindәn istifadә dairәsi genişlәnirdi. Romanın işğal olunmuş әrazilәrdә ellinist dövlәtlәr arasında ziddiyyәtlәrin kәskinlәşmәsinә rәvac vermәsi, hәmçinin fasilәsiz artan vergilәr kütlәvi xalq hәrәkatlarının genişlәnmәsi, bәzi hallarda isә bu hәrәkatların vәtәndaş müharibәsinә çevrilmәsi ilә nәticәlәndi.
Makedoniya çarı Perseyin yunan po- lislәrini Romaya qarşı birgә mübarizәyә cәlb etmәk sәylәrinә baxmayaraq ona yalnız Epir vә İlliriya qoşuldu, nәticәdә Makedoniya ordusu Pidna yaxınlığında (e.ә.168) darmadağın edildi; Makedoniya 4 mahala bölündü. Epir şәhәrlәrinin әksәriyyәti dağıdıldı, 150 mindәn artıq adam qul kimi satıldı. E.ә. 133 ildә Perqam Romanın tabeliyinә keçdi. Selevkilәr dövlәtindә separatçılıq meyillәri güclәndi. Babilistan, Parfiya vә Mada (Midiya) Selevkilәr dövlәtindәn ayrıldı. E.ә. 1 әsrin әvvәlindә Kommagena vә İudeya vil.-lәri müstәqillik әldә etdi; e.ә. 64 ildә Selevki çarlığı Suriya әyalәti adı ilә Romaya birlәşdirildi. E.ә. 96 ildә Kirenaika, e.ә. 58 ildә Kipr, e.ә. 30 ildә isә sonuncu ellinist dövlәti olan Misir Roma tәrәfindәn işğal olundu, bununla da siyasi sistem kimi E. dövrünә son qoyuldu. Lakin E. dövründә bәrqәrar olmuş sosial-iqtisadi struktur vә mәdәni әnәnә ünsürlәri Şәrqi Aralıq dәnizi ölkәlәrinin sonrakı inkişafına böyük tәsir göstәrdi.
A z ә r b a y c a n E . d ö v r ü n d ә. Albaniya (Qafqaz) vә Atropatena dövlәtlәri ilә ellinist ölkәlәri arasında müxtәlif xarakterli әlaqәlәr yaranmışdı. Atropatena dövlәtlәrinin başçısı Atropat Makedoniyalı İsgәndәrin etibarını qazanmış, qızını onun yaxın silahdaşı vә görkәmli sәrkәrdәlәrindәn olan Perdikkaya әrә vermişdi. Makedoniyalı İsgәndәr ticarәtin inkişafına, başqa ölkәlәrlә әlaqәlәr yaradılmasına xüsusi diqqәt yetirirdi. O, Xәzәr dәniz yolundan istifadә mәqsәdilә xüsusi ekspedisiya yaratmaq istәyirdi, lakin ölümü buna mane oldu. E.ә. 283–282 illәrdә Selevk Patroklun başçılığı ilә belә ekspedisiya (Xәzәr dәnizinin tәdqiqi sahәsindә elmә mәlum olan ilk ekspedisiya) tәşkil etdi. Ekspedisiya zamanı Patrokl Xәzәr vә onun q. sahilindәki Albaniya haqqında qiymәtli mәlumatlar toplamışdı. Ekspedisiyanın hesabatı qalmasa da, sonralar yaşamış yunan vә Roma müәlliflәri Xәzәr dәnizi vә Albaniya haqqında yazılarında hәmin hesabatdan geniş istifadә etmişlәr. Ellinist dövlәtlәri ilә әlaqәlәr ölkәnin iqtisadi vә mәdәni hәyatına müsbәt tәsir göstәrirdi. Bu dövrdә Azәrb.-da yeni şәhәrlәr salınmış, sәnәtkarlıq vә ticarәt inkişaf etmişdi. Ticarәt yolları Atropatena vә Albaniyanın ellinist ölkәlәri ilә sıx әlaqә saxlanmasına şәrait yaradırdı. Ticarәtdә mühüm rol oynayan Aqbatanadan (Hәmәdan) Albaniya vә İberiyaya, hәmçinin Roma imperiyasının ş. vil.-lәrinә gedәn ticarәt yolları Atropatenadan keçirdi. Mәnbәlәrә görә, E. dövründә Xәzәr dәnizi vә Kür çayından su nәq. kimi istifadә olunurdu. E. dövründә ticarәt beynәlxalq xarakter daşıyırdı; Mingәçevir, Qәbәlә, Xınıslı (Şamaxı) vә s. yerlәrdә aparılan arxeoloji qazıntılar zamanı E. dövründә Misir, Suriya, İran, Bәlx vә s. ölkәlәrdәn gәtirilәn bәzәk әşyalarına, şüşә, gil qablara, möhürlәrә, pullara vә s. tәsadüf olunmuşdur. Arxeoloji materiallar E. dövründә Atropatena vә Albaniyada pul dövriyyәsinin geniş yayıldığını göstәrir. Әvvәllәr әsasәn gәtirilmә pullardan istifadә olunurdu. Pulların әn qәdimlәri Makedoniyalı İsgәndәrin draxma vә tetradrax- malarıdır. Azәrb. әrazisindәn dәfәlәrlә tәk-tәk vә dәfinә (bax Bәrdә dәfinәlәri, Qәbәlә dәfinәlәri) halında belә pullar tapılmışdır. Tәdqiqatlar daxili bazarın pula tәlәbatını ödәmәk üçün Albaniyada hәlә e.ә. 3–2 әsrlәrdә gümüş pul zәrb edildiyini tәsdiq edir. E. dövründә ehtimal ki, Atropatenada da pul kәsilmişdir. Lakin, hәlәlik belә pullar tapılmamışdır. Bulla adlanan, üzәrindә möhür әkslәri vә onu bağlamaq üçün ip izlәri olan gil parçalarına Qәbәlәdә daha çox tәsadüf olunmuşdur. Tәsvirlәr sübut edir ki, üzәrindә yunan әsatirlәrindәn süjetlәr olan möhürlәrin bir çoxu yunan sәnәtkarları tәrәfindәn ellinist ölkәlәrindә hazırlanmışdır. Bullalardakı bәzi tәsvirlәr isә möhürlәrin Albaniyada yerli ustalar tәrәfindәn hazırlandığını göstәrir. Mingәçevirdә tapılmış bir çox gil qabın hazırlanma üslubunda E. mәdәniyyәtinin tәsiri duyulur. E.ә. 3 әsrdәn başlayaraq bu tәsir Yaloylutәpә mәdәniyyәtindә dә izlәnilir. E. dövründә Azәrb. әrazisindә yunan dili dә müәyyәn qәdәr yayılmışdı. Albaniyanın şәhәrlәri artıq yalnız siyasi- inzibati vә strateji mәrkәzlәr deyil, hәm dә ticarәt-sәnәt, din-mәdәniyyәt mәrkәzlәri idi. Bu şәhәrlәrdә pul tәdavülü olduqca yüksәk sәviyyәyә çatmışdı, sәnәtkar emalatxanaları işlәyirdi, möhtәşәm binalar tikilmişdi, çoxlu tacirlәr vә sәnәtkarlar yaşayırdı. Atropatenada E. ayinlәri aşılanır, sinkretik allahların, xüsusәn Herakl iba- dәtgahları tikilirdi. Kerefto dağlarından bir yunan kitabәsi tapılmışdır. Cәnubi Azәrb. әrazisindә aşkara çıxarılmış mәşhur avroman perqamentlәri yunan dilinin, yazısının vә hüquq normalarının Atropatenaya nüfuz etdiyini göstәrir. Bu dövr Atropatena şahlığının möhkәmlәnmәsi vә onun sәrhәdlәrinin genişlәnmәsi ilә sәciyyәlәnir. Atropatilәr geniş şәhәrsalma işlәrinә başlamışdılar. Atropatenanın antik әnәnә ilә salınan bir neçә şәhәri haqqında mәlu- matlar vardır. Bunlar Qazaka, Fanaspa, Fraaspa, Aqanzana şәhәrlәri vә Atropatena әrazisindә tapılmış bir neçә qәdim yaşayış yeri, o cümlәdәn Mil düzündәki Tәzәkәnd yaşayış yeridir. Qәdim adlarını bilmәdiyimiz, lakin ümumәn antik dövrә aid olan bir neçә başqa abidә dә mәlumdur. E. dövründә Azәrb.-da qul әmәyindәn istifadә olunsa da, quldarlıq burada nisbәtәn mәhdud xarakterdә idi. Mәnbәlәrdә Albaniyada yalnız mәbәd qullarının olması haqqında mәlumat yer alır.
E. dövründә ә d ә b i y y a t. Bu bәdii irsin sәciyyәvi cәhәti onun ictimai miqyasının yunan tarixinin vә klassik qәdim yunan әdәbiyyatının ötәn dövrünә nisbәtәn mәhdud olmasıdır. Yalnız teatr tamaşaları kütlәvi xarakterini saxlamış, Aristofanın ictimai-siyasi vә ifşaedici komediyalarını mәişәt, ailә münaqişәlәri üstündә qurulan Attika komediyası (Menandr, Filemon, Difil) әvәz etmişdi. E. ölkәlәrindә, elәcә dә Afinada ellin dövrü faciәlәrinin tamaşaya qoyulduğu mәlum olsa da, onlar dövrümüzәdәk gәlib çatmamışdır. E.ә. 3 әsrdәn әdәbiyyat yeni mәdәniyyәt mәrkәzlәrindә, başlıca olaraq, İsgәndәriyyәdә inkişaf edirdi. İsgәndәriyyә kitabxanasında çalışan filoloq vә şairlәr әnәnәvi janrları yenilәş- dirmәyә çalışırdılar. Keçmiş bәdii әdәbiyyatı – әdәbi irsi öyrәnәn ellinist şairlәr mövcud әdәbi әnәnәlәrin möhkәmliyini dәrk etmәklә bәrabәr, onun yenilәnmәsinin vacibliyini dә anlayırdılar. Koslu Filet, Kolofonlu Hermesianak vә kirenalı Kallimax yaradıcılığında elegiya ictimai vә әxlaqi nәsihәt vasitәsindәn mifoloji mәzmunlu hekayәtә çevrildi. Kallimax qәh- rәmanlıq eposunu mәişәt sәhnәlәrini canlandıran kiçik poema (“epilliya”) ilә әvәz etdi. Feokritin idilliyalarında, Gerodun papirusda yazılmış “Mimiamblar”ında da (19 әsrdә tapılmışdır) mәişәt mövzusu әsas yer tuturdu. Bu dövrdә aşiqanә mәzmunlu epiqramlar geniş yayılmışdı. Rodoslu Apolloni qәhrәmanlıq eposu әnәnәlәrini davam etdirsә dә, onun yaradıcılığına da E. poeziyasına xas olan elmilik (süjet xәttinә tarixi arayışlar, әsatirlәr әlavә edilmәsi, qәdim sözlәrin işlәdilmәsi) tәsir göstәrmişdir. Antik vә orta әsrlәr әdәbiyyatının sonrakı inkişafında E. dövründә tәşәkkül tapmış nәsr janrlarının – әfsanәvi hökmdar vә sәrkәrdәlәrin iştirak etdiyi mәhәbbәt romanlarının (“Nina haqqında roman”), xәyali ideal cәmiyyәtin tәsvirinin (Jambul,
Evgemer) mühüm rolu olmuşdur. E. әdәbiyyatı insanın daxili alәminin, onun gündәlik mәişәtinin tәsvirinә xüsusi diqqәt verirdi; folklor әnәnәlәrinә müraciәt isә әdәbi janrların hüdudlarını genişlәndirirdi. İnsanın tәsviri, bәdii materialın tәşkili metodları sahәsindә ellin әdәbiyyatının nailiyyәtlәrindәn Roma imperiyasının başlanğıc dövründәki (e.ә.1 әsrin 2-ci yarısı – b.e.-nın 1 әsrinin başlanğıcı) Roma poe- ziyasında geniş istifadә olunurdu. Xronoloji olaraq, E. әdәbiyyatının son inkişaf mәrhәlәsi Roma imperiyası dövrünә tәsadüf edir (1–5 әsrlәr); bu dövrdә qәdim – antik dünyanın ş. vilayәtlәrindә inkişaf edәn әdәbiyyatın yunan-Roma әdәbiyyatı vә yerli folklor әnәnәlәri ilә qarşılıqlı әlaqәsi heç dә asanlıqla başa gәlmirdi. Yunan mәhәbbәt romanının (Xariton, Axil Tati, Lonq, Heliodor) meydana gәlmәsi bu dövrün әn böyük hadisәsi hesab olunur.
Еллинизм: 1 – “Лаокоон вя оьуллары” (щейкялтарашлар Аэесандр Родослу, Полидор вя Афинодор.). Мярмяр. Тягр. е.я. 50 ил. Ватикан; 2 – Рома дюврцндя дяфялярля бярпа олунмуш Олимпийалы Зевсин мябя динин харабалыглары. Е.я. 2 ясрин 1-ъи йарысы. Афина; 3 – “Ахиллеся лирада чалмаьы юйрядян Щирон”.Щеркуланумдан фреска. Е.я. 4 яср. Неапол Милли Археолоэийа Музейи; 4 – Сидонда ашкар олунмуш “Исэяндярин саркофагы”. Мярмяр. Е.я. 325–310 илляр.Археолоэийа Музейи. Истанбул; 5 – Пергамда Зевсин бюйцк мещ рабы. Тягр. е.я 180 ил. Реконструксийанын фрагменти. Берлин антик топлусу; 6 – “Арфачалан”. Айрытам фризиндян фрагмент. 1–2 ясрляр. Ермитаж; 7 – “Македонийалы Исэяндяр”. “Исс йахынлыьында вурушма” мозаикасындан фрагмент. Е.я. 100 ил. Неапол Археолоэийа Музейи; 8 – “Шир ову” (“Дионисин еви”). Мозаика. Е.я. 350–340 илляр. Пелла (Йунаныстан); 9 – “Пергамлы Афродита”. Мярмяр. Е.я. 2 срин яввяли. Берлин Кющня музейи; 10 – “Нил аллегорийасы” (Фарнезе бошгабы да адландырылыр). Сардоникс. Неапол Милли Музейи; 11 – “Ъан верян галл”. Мярмяр. Е.я. 3 ясрин сону. Капитоли музейи. Рома; 12 – Ъцт голбаг. Гызыл. Тягр. е.я. 200 ил. Метрополитен музейи. Нйу-Йорк.
E. dövründә t ә sviri sәnәt vә memarlı q. Ellin tәsviri sәnәt vә memarlıq әsәrlәri yunan vә Şәrq ölkәlәri mәdәniyyәtinin qarşılıqlı tәsiri ilә yaranmışdır. E. dövründә şәhәrsalma sәnәti geniş inkişaf etmişdi. İsgәndәriyyә, An- tioxiya vә s. şәhәrlәr dәbdәbәli mәrkәzlәrә, geniş küçәlәrә malik idi. İsgәndәriyyәdәki әzәmәtli Faros mayakı E. dövründә inşaat texnikasının әn gözәl nümunәlәrindәn olmuşdur. Bu dövrdә mәnzil tikintisi genişlәnir, interyerlәri zәngin mozaika vә divar rәsmlәri ilә işlәnmiş yaşayış evlәri tikilirdi. E. dövründә Perqam, İsgәndәriyyә, Rodos vә s. kimi tәsviri sәnәt mәktәblәri yaranmışdı. E. incәsәnәtinә mәxsus әsәrlәr obrazların möhtәşәmliyi (Zevs mehrabı, Perqam mәktәbi), mәişәt vә mәnzәrә motivlәrinin zәnginliyi (İsgәndәriyyә mәktәbi), dramatik surәtlәrin mürәkkәbliyi (“Laokoon” heykәl qrupu, Rodos mәktәbi)
ilә fәrqlәnir. Samofrakiyalı Nike vә Mi- loslu Afrodita heykәllәri E. mәdәniyyәtinin gözәl nümunәlәridir. Dәrin psixoloji portretlәr (Demosfenin heykәli vә s.), çoxfiqurlu kompozisiyalar, mәnzәrә vә natürmortlar E. incәsәnәtindә geniş yayılmışdı. Dekorativ-tәtbiqi sәnәt terrakota vә fil sümüyündәn heykәlciklәr, daş üzәrindә oyma (qabarıq tәsvirli kameyalar vә s.) ilәtәmsil olunur.