Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELLİNQTON

    ELLİNQTON Eduard Kennedi (lәqәbi Dyuk, Duke) (29.4.1899, Vaşinqton – 24.5.1974, Nyu-York) – Amerika pianoçusu, aranjimançı, bәstәkar vә caz-bandın rәhbәri. Milli İncәsәnәt vә Әdә- biyyat İn.-tunun üzvü (1970). 1906 ildәn musiqi dәrslәrini Q.Qrantdan almış, Praqadakı (Vaşinqtonun yaxınlığında) Tәtbiqi Sәnәt vә Peşә Mәktәbini bitirmiş, plakatçı rәssam sәnәtinә yiyәlәnmişdir. 1916 ildәn Vaşinqtonda vә ştatın başqa şәhәrlәrindә reqtaym üslubunda pianoçu-ifaçı kimi çıxış etmiş, müxtәlif rәqs orkestrlәrindә çalmışdır. 1918 ildә
    “Vaşinqtonlular” kvintetini (“Washing- tonias”; 1922 ildә onunla Nyu-Yorkda çıxış etmişdir) yaratmışdır. 1923 ildәn mütәmadi olaraq Qarlem klublarında işlәmişdir. Orkestri ilә “Kotton klab”dakı çıxışları (1927–32) E.-a bütün ABŞ-da mәşhurluq gәtirmişdir. 30-cu illәrdә E.-un aranjimanları vә orijinal orkestr miniatürlәri, radioda solo piano ifaları vә caz-bandın rәhbәri olaraq çıxışları, ifası yazılan çoxsaylı qrammofon valları dinlәyicilәrin, hәm dә bir sıra görkәmli musiqiçilәrin (L.Sto- kovski, Y.Ormandi, A.Kouts, A.Koplend, K.Veyl) diqqәtini cәlb etmişdir. 30-cu illәrdәn, o, virtuoz solistlәrdәn ibarәt caz-band ilә çoxlu qastrollarda olmuşdur. Orkestrin spesifik “Ellinqton sәslәnmәsi”- nin yaranması E.-la birgә çalışmış orijinal sәsçıxartma ustalığına malik mәşhur musiqiçilәrin, improvizәçi solistlәrin fәaliyyәti ilә әlaqәdardır. 1940–60 illәrdә “suinq” üslubunda aparıcı ifaçı E.-un orkestri “Karneqi-holl” zalında ilk zәnci kollektivi olaraq çıxış etmişdir. Orkestri ilә ABŞ-ın әn böyük konsert zallarında vә musiqili teatrlarda (o cümlәdәn “Metropoliten-opera”da, 1951), hәmçinin Avropa (1933– 71), Asiya vә Latın Amerikası ölkәlәrindә (1968, 1971), Sovet İttifaqında (1971) konsertlәr vermişdir. E. bir sıra milli mükafatlara layiq görülmüş, bir neçә akademiyanın fәxri üzvü seçilmişdir.

    20–30-cu illәrdә cәngәlliklәr üslubunu (“junqle style”) işlәyib hazırlayan E. bir çox әsәrlәrindә afro-amerikan folklorundan istifadә etmişdir. 30–40 illәrdә E. populyarlıq qazanan neçә-neçә caz pyesi yazmışdır – “İndiqo ovqatı” (“Mood indiqo”), “Tәnhalıq” (“Solitude”), “Aldadılmış ledi” (“Sophisticated lady”), “Karvan” (“Caravan”), “Mәnim haqqımda eşitmәmiş, heç nә etmә” (“Do nothinq till you hear from me”), “Hәssas ovqatlı” (“İn a sentimental mood”), “Kreol mәhәbbәtinin sәdası” (“Creole love call”), “Mәn işığı görmәyә başlayıram” (“İ’m beginninq to see the light”) vә s. bu sıradandır. Harmoniya vә orkestr çalarlarının istifadәsi baxımından K. Debüssi vә M. Ravelә yaxınlıq onun әsәrlәrini zәrif musiqi rәsmlәrinә bәnzәdirdi. O, erkәn cazın janr mәhdudluğunu aradan qaldıran ilk caz sәnәtkarı idi. Orkestri üçün böyük çoxhissәli kompozi- siyalar, әsasәn dә süitalar yazan E. caz konsert musiqisinin ilk nümunәlәrini yaratmışdır. Bunlar – “Liberiya süitası” (1947), “Gecә xilqәti” (“Night creature” – “sәs paraleli” simfonik orkestr, fp. vә caz üçün, 1955), “Belә xoş ildırım” (“Such sweet thunder” – “Şekspirin dramlarından 12 epizod vә xarakter”, 1957), orkestr vә caz üçün Concerto grosso (1962), “Yeni Orlean süitası” (“New Orleans suite”, 1969), “Toqonun şöhrәti süitası” (“Togo brava suite”, 1971) әsәrlәridir. Yaradıcılığı vә ifaçılıq fәaliyyәti ilә sәnәtkar ABŞ vә digәr ölkәlәrin musiqi mәdәniyyәtinә böyük töhfә vermişdir. O, canlandırdığı musiqini caz deyil, zәnci, yaxud afroamerikan musiqisi sayırdı, düşünürdü ki, zәnci musiqiçilәrin sәnәti ABŞ-dakı rәngli azlıqların süurunun oyanmasına yardım etmәli, vәtәndaşlıq hüquqları uğrunda mübarizәdә onlara mәnәvi dayaq olmalıdır. E. bu ideyaları “Qaralar, qәhvәyilәr vә bej rәnglilәr” (“Black, brown and beige” – Amerika zәncilәrinin tarixinә aid “sәsli paralel”, 1943), “Harlem” (“Harlem”, 1951), “Mәnim xalqım” (“My people”, 1963) dram tamaşasına yazdığı musiqisindә, “Dini musiqi konserti”ndә (“Concert of sacred music”, 1965) nәzәrә çarpdırmışdı. E. bir sıra kinofilmlәrә (“Qәtlin anatomiyası”, “Paris blüzü”, “Kraliçaya hücum”), televiziya tamaşalarına yazılmış musiqilәrin, hәmçinin elә dә mәşhur olmayan baletlәrin vә “Bula” operasının müәllifidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV