ƏHMƏDOVA Gülnarә Allahverdi qızı (d.20.10.1959, Bakı) – Azәrb. kimyaçısı, kimya üzrә e.d. (2013). Azәrb. Dövlәt Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirmişdir (1982). AMEA-nın Y.H.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda elmi işçi (1992–95), böyük elmi işçi (1995–2002) vәzifәlәrindә çalışmış, 2013 ildәn aparıcı elmi işçidir. Tәdqiqatları azot tәrkibli әsasların iştirakı ilә epoksibirlәşmәlәr, alifatik karbon turşuları vә spirtlәr әsasında yeni effektiv sәthi aktiv maddәlәrın sintezi vә tәdqiqinә, elәcә dә onların tәtbiq sahәlәrinin araşdırılmasına hәsr edilmişdir. 180-dәn çox elmi әsәrin müәllifidir.