ƏHMƏDOVA Lalә Fәrman qızı (d.2.10.1963, Bakı) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2008). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1985). 2013 ildәn AMEA İnsan Hüquqları üzrә Elmi Tәdqiqat İn-tunda (indiki Hüquq vә İnsan Haqları İn-tu) elmi işlәr üzrә direktor müavinidir. 1999 ildәn hәmçinin Azәrb. Resp.-nın Prezidenti yanında Dövlәt İdarәçiliyi Akademiyasında dekan müavini (1999–2003), şöbә rәisi (2003–13) işlәmiş, hazırda hәmin akademiyanın dövlәt qulluğu kafedrasının prof. әvәzidir. Tәdqiqatları, әsasәn, 20 әsrin 2-ci yarısının bәdii nәsrindә mәnәvi-әxlaqi seçim vә әxlaqi stereotiplәrin tәkamülü problemlәrinә hәsr olunmuşdur. 60-a yaxın elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Город, нравственность, литература. Б., 2006.