ƏHMƏDOVA Nuriyyәxanım Əliağa qızı (26.12.1950, Bakı – 10.10.2015, Bakı) – Azәrb. aktrisası. Azәrb. Resp. xalq artisti (2007). Azәrb. Dövlәt İncәsәnәt İn-tunu bitirmişdir (1974, A.İsgәndәrovun sinfini). 1968–78 illәrdә Azәrb. Dövlәt Musiqili Komediya Teatrında, 1978–82 illәrdә Azәrb. Dövlәt İncәsәnәt İn-tunun Tәdris teatrında, 1982 ildәn “Azәrbaycanfilm” kinostudiyası nәzdindәki Kino aktyoru studiyasında çalışmışdır. Kinoya ilk gәlişi “Qeyri-adiov” (1976) filmindәki epizodik rolla olmuşdur. Rәngarәng obrazlar qalereyası yaratmağı bacaran aktrisa daha sonra “Bağ mövsümü” (1985), “Qәm pәncәrәsi” (1986), “Özgә ömür” (1987), “Yaramaz” (1988), “Sahilsiz gecә” (1989), “Qәtl günü” (1990), “Qәzәlxan” (1991), “Tәhminә” (1993), “Bәxt üzüyü” (1995), “Hәm ziyarәt, hәm ticarәt” (1995), “Fransız” (1995), “Yuxu” (2001), “Milli bomba” (2004), “Yoxlama” (2005) vә s. bәdii filmlәrә çәkilmişdir. “Mozalan” kinojurnalının bir çox süjetlәrindә komik rollar ifa etmişdir.