ƏHMƏDOVA Sәmayә Əmir qızı (6.9.1944, Gürc. SSR, Bolnisi r-nunun Cәfәrli k.) – Azәrb. tibb alimi, gigiyenist. Tibb e.d. (2012). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1968). 1972 ildәn hәmin in-tun kommual gigiyena kafedrasında işlәyir (1979 ildәn dosent). Azәrb. Resp. Sәhiyyә Nazirliyinin qidalanma gigiyenası üzrә baş mütәxәssisidir (2001 ildәn). Tәdqiqatları, әsasәn, Azәrb.-ın bәzi şәhәrlәrinin atm. havasının kimyәvi çirklәnmәsi vә onun gigiyenik qiymәtlәndirilmәsi mәsәlәlәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 110-dan artıq elmi әsәrin müәllifidir.