ƏHMƏDOVA-ŞİRİNOVA Sona Hәsәn qızı (d.6.8.1932, Bakı) – Azәrb. xalça ustası. SSRİ Dövlәt mükafatı laureatı (1950). Moskva Bәdii-Sәnaye Mәktәbindә oxumuşdur (1951–54). 1947–50 vә 1954–66 illәrdә “Azәrxalça” birliyinin Bakı xalça artelindә işlәmişdir. Ə.-Ş.-nın bilavasitә iştirakı ilә toxunmuş “İ.V.Stalin” (1949, sah. 70 m2, Azәrb. Milli İncәsәnәt Muzeyi, Bakı) vә “V.İ.Lenin” (1957, sah. 75 m2,
Azәrb. Xalça Muzeyi) xalıları ornamental bәzәyinә, rәsmlәrinin zәrifliyi vә ifadәliliyinә, zәngin koloritinә görә xalçaçılıq sәnәtinin qiymәtli nümunәlәrindәndir.