ƏHMƏDZADƏ Əhmәd Yaqub oğlu (d. 16.2.1946, Qazax) – Azәrb. travmatoloqu. Tibb e.d. (1987), prof. (1990), Azәrb. Resp.-nın әmәkdar hәkimi (2010). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1970). Xaçmaz r-nunda (1970–73) travmatoloq işlәmişdir. 1973–78 illәrdә Moskvada Mәrkәzi Travmatologiya vә Ortopediya Elmi Tәdqiqat İn-tunda ordinator vә aspirant olmuşdur. 1978 ildәn Azәrb. Dövlәt Tibb İn-tunun travmatologiya vә ortopediya kafedrasında işlәyir (1990 ildәn prof., 1998 ildәn kafedra müdiri). Əsәrlәri, әsasәn, politravma problemlәrinә hәsr edilmişdir. 130-dan artıq elmi әsәrin, 10 müәlliflik şәhadәtnamәsinin vә 6 sәmәrәlәşdirici tәklifin müәllifidir. Elmi kadrların hazırlanması sahәsindә xidmәti var.