Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHRAR

    “ƏHRAR” (“Azadlıqsevәr”) – Azәrb.-da siyasi partiya. 1918 ilin payızında Bakıda yaradılmışdır. Sәdri A.Qardaşov idi. “Ə.”-ın fәaliyyәti, әsasәn, Azәrbaycan Xalq Cümhuriyyәti (AXC) parlamentindә tәmsil olunan vә 9 deputatdan ibarәt eyniadlı fraksiya çәrçivәsindә olmuşdur. Fraksiyanın üzvlәri A.Qardaşov, R.Qaplanov, A.Əfәndizadә, Q.Kәrim oğlu vә b. idilәr. “Ə.”-ın bәyannamәsi A. Əfәndizadә tәrәfindәn dekabrın 26-da parlamentin iclasında açıqlandı. Bәyannamәdә AXC-nin qurulması alqışlanmaqla yanaşı, hökumәtin fәaliyyәti tәnqid edilirdi. “Ə.” aqrar islahatlarla bağlı mülkәdar torpaqlarının kәndlilәr arasında bölüşdürülmәsi, fәhlә mәsәlәsindә isә 8 saatlıq iş günü, әmәyin mühafizәsi tәlәblәrinin tәrәfdarı idi. 1919 il aprelin 14-dә “Ə.” fraksiyasından R.Qaplanov maarif vә dini etiqad naziri, A.Qardaşov isә әkinçilik naziri kimi N.Yusifbәylinin başçılıq etdiyi dördüncü hökumәt kabinetinә daxil oldular. N.Yusifbәylinin 5-ci koalisiya kabinetindә R.Qaplanov ticarәt, sәnaye vә әrzaq naziri tәyin olundu. Aprel işğalı (1920) әrәfәsindә bir neçә partiya – “İttihad”, sosialistlәr vә “Ə.” birlәşәrәk hökumәtә etimadsızlıq göstәrdilәr vә bununla da 11-ci Qırmızı ordunun müdaxilәsi әrәfәsindә hakimiyyәt böhranını güclәndirdilәr. 1920 il aprelin 15-dә A.Qardaşov “Ə.” nümayәndәlәrinin koalisiya hökumәtindәn çıxması barәdә bәyanat verdi. “İttihad” vә “Ə.” fraksiyaları sonradan bolşeviklәr dә daxil olmaqla yeni koalisiya hökumәtinin yaradılmasına razı olsalar da, artıq bolşeviklәr koalisiya hökumәtindәn imtina etdilәr vә hakimiyyәtin tәhvil verilmәsini tәlәb etdilәr. 11-ci Qırmızı ordu aprelin 28-dә Bakıya daxil olduqdan sonra “Ə.” partiyasının siyasi fәaliyyәtinә son qoyuldu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç