ƏHRARİ İbrahim (d.1938, Urmiya) – Cәnubi Azәrb. rәssamı. İxtisas tәhsilini Tehran Un-tinin incәsәnәt şöbәsindә almışdır. Maddi çәtinlik üzündәn tәhsilini yarımçıq qoymuş Ə. 1966 ildә Avropaya getmişdir. 1973–75 illәrdә Tehran Un-tinin incәsәnәt fakültәsindә vә Tәtbiqi Sәnәt İn-tunda, 1985 ildә İrlandiyada pedaqoji fәaliyyәt göstәrmişdir. İctimai-siyasi motivlәrin üstün olduğu yaradıcılığı ilә Ə. milli әsarәtә, ictimai bәrabәrsizliyә, zorakılığa qarşı çıxmışdır. İran hökumәti tәrәfindәn tәqib olunduğundan o, yenidәn Berlinә qayıtmışdır. Tablolarında vәtәnpәrvәrlik duyğuları, vәtәndaşlıq mövqeyi vәtәn hәsrәti ilә hәmahәnglik tәşkil edir. Almaniya, İngiltәrә, Türkiyә, İran, Fransa, Niderland, Polşa, Yunanıstan, Braziliya, Pakistan vә başqa ölkәlәrdә fәrdi sәrgilәri keçirilmişdir.
Əd.: Ə l i y e v Z. Əzizim Vәtәn yaxşı. B., 1989.
И. Ящрари. “Щара?”. 1978.