ƏHSAİ ( ), Şeyx Əhmәd ibn Z e y n ә d - D i n ә l - Ə h s a i (1753, Sәudiyyә Ərәbistanı, Əhsa, Müteyrifi k. – 1826, Mәdinә yaxınlığında) – imamiyyә alimi, fәqih, şeyxiyyә mәktәbinin banisi. İlk tәhsilini Əhsa ş.-ndә almış, uzun müddәt sәfәrlәrdә olmuşdur. Seyid Mehdi Bәhrülülum, Mәhәmmәdbaqir Vә hid Bәhbәhani kimi alimlәrdәn dәrs almışdır. Dini elmlәrlә yanaşı, tibb vә riyaziyyata da yiyәlәnmiş, fәlsәfәyә dәrindәn bәlәd olmuşdur. Fәtәli şah Qacarın sarayda yaşamaq haqqında dәvәtini rәdd etsә dә, onun tәkidi ilә bir müddәt orada qalmağa mәcbur olmuş, şahın suallarına cavab olan “Xaqaniyyә” risalәsini dә orada yazmışdır (1808). Cәnnәtül-bәqidә dәfn edilmişdir. Ə. islam şәriәtindәn qoparaq tәsәvvüf yolunu tutanları tәnqid etsә dә, şәriәtin zahiri hökmlәri ilә kifayәtlәnmәyin dә tәrәfdarı olmamışdır. Dinin dәrkindә ağlın roluna üstünlük vermişdir. İbn Ərәbini sәrt tәnqid etmiş, bir sıra mәsәlәlәrdә Molla Sәdra ilә razılaşmamışdır. Mümkün varlıqların mövcudluğunda vücud vә mahiyyәtin eyni dәrәcәdә mühüm olduğunu bildirmişdir: vücudsuz mahiyyәt әdәmdir (yoxluq), vücud özü isә gerçәklәşmәk üçün mahiyyәtә möhtacdır. Ölümdәn sonra bәdәn vә ruh münasibәtinin izahı üçün ruhla yanaşı, “cәsәd” vә “cisim” terminlәrindәn istifadә etmiş, insanın iki cәsәdi (zahiri cәsәd – ölümdәn sonra çürüyәn bәdәn vә “hüvәrqilya” cәsәdi – maddi keyfiyyәtlәrә malik olmayan vә zahiri bәdәn çürüdükdәn sonra torpaqda sabit qalaraq, qiyamәtdә dirildilәn
bәrzәx bәdәni) vә iki cismi (bәrzәxdә ruhun potensiyasını reallaşdıran efir bәdәni vә insanın hәqiqәtini ehtiva edәn, onun mücәrrәd tәbiәti, ağlı vә nәfsinin daşıyıcısı olan, ilkin maddәdәn ibarәt fövqәlfәlәk bәdәn) olduğu fikrini irәli sürmüşdür. Fikirlәrinә görә öz dövründә bir sıra ruhani vә alimin tәnqidinә mәruz qalmışdır.