ELLÓRA, E l l u r, E l u r a – Hindistanın Maharaştra ştatında, Auranqabaq ş.-n -dәn tәqr. 30 km q.-dә Ellora k.-ndә 6–9 әsrlәrә aid mağara-mәbәd sistemi. Acanta mәbәdlәri kompleksinә yaxın olsa da, E.-nı fәrqlәndirәn әsas xüsusiyyәtlәr burada yalnız tәsvirlәrin deyil, heykәl vә heykәlciklәrin, hәmçinin bir neçә dinә mәxsus ibadәtgahların olmasıdır. Şm.-dan c.-a doğru 1,5 km-dәn çox әrazini әhatә edir. Heykәllәrlә bәzәdilmiş, müxtәlif kultlara aid 34 mağara-mәbәddәn ibarәtdir. Mağaralardakı mәbәdlәrdәn 12-si buddizmә, 17-si hinduizmә, 5-i caynizmә mәxsusdur. Qayaların içәrisindә oyulmuş mәbәdlәr indiyәdәk orijinal quruluşunu saxlayır. E.-nın mәrkәzindә 8 әsrin ikinci yarısına aid I Krişnanın әmri ilә oyulmuş, Şivanın evi kimi tanınan, hünd. 30 m-dәn çox Kaylasanatha mәbәdi yerlәşir. Mәbәdin bütün divarları allahların vә әfsanәvi varlıqların oyulmuş nәhәng fiqurları ilә bәzәdilmişdir. 1983 ildә Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Еллора. Кайласанатща мябяди.