Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELM

    1) dünya haqqında obyektiv, sistemli tәşkil olunmuş vә әsaslandırılmış biliklәrin әldә olunmasına istiqamәtlәnәn xüsusi növ idrak fәaliyyәti; 2) elmi idrak fәaliyyәtinin hәyata keçirilmәsini tәmin edәn sosial institut.
    Elmi idrakın özünәmәxsusluğu. İctimai şüur formalarından biri olan, cәmiyyәtin mәhsuldar qüvvәlәrinin inkişafına mühüm tәsir göstәrәn E. idrak növü olaraq onun digәr – adi, bәdii, dini-mifoloji, fәlsәfi növlәri ilә qarşılıqlı әlaqәdәdir. Tәcrübәnin ehtiyaclarından yaranan vә onu tәnzimlәyәn E.-in mәqsәdi mahiyyәt әlaqәlәrini (qanunauyğunluqları) aşkarlamaqdır. Hәmin әlaqәlәrә uyğun olaraq obyektlәr insan fәaliyyәti nәticәsindә dәyişikliyә uğrayırlar. E. istәnilәn obyektlәri vә proseslәri (tәbii, sosial), insan şüuru vәziyyәtlәrini yalnız fәaliyyәt vә inkişaf qanunlarına tabe olan xüsusi obyektlәr qismindә tәdqiq edә bilәr. E. bütün mәdәniyyәti ehtiva etmәsә dә, onun әn vacib sahәlәrindәn biridir.
    E.-in әn mühüm sәciyyәvi cәhәti vә başlıca әlamәti dünyanı әyani vә obyektiv nәzәrdәn keçirmә üsuludur. Eyni zamanda adi idrakdan fәrqli olaraq, E. әsasәn müvafiq tarixi dövrün tәcrübәsindә mәnimsәnilә bilәcәk obyektlәrin, onların xassә vә münasibәtlәrinin öyrәnilmәsi ilә mәhdudlaşmır. E. mövcud tәcrübәnin hüdudlarını aşmağa vә sivilizasiyanın gәlәcәk inkişaf mәrhәlәlәrindә kütlәvi praktik mәnimsәnilmә obyektinә çevrilә bilәcәk yeni nailiyyәtlәr yaratmağa qadirdir. Q.V. Leybnitsin riyaziyyata verdiyi “mümkün dünyalar haqqında elm” xarakteristikası, prinsip etibarilә, istәnilәn fundamental elmә şamil edilә bilәr. Elektromaqnit dalğaları, nüvә reaksiyaları, atomların koherent şüalanmaları әvvәlcә E.-dә kәşf olunmuş vә bu kәşflәrdә potensial olaraq sivilizasiyanın texnoloji inkişafının çox sonralar reallaşdırılan yeni sәviyyәsinin әsası qoyulmuşdur (elektrik mühәrriklәri vә elektrik generatorları texnikası, radio vә te -
    leaparatlar, lazerlәr, AES-lәr vә s.). Kütlәvi praktik mәnimsәnilmә imkanlarından asılı olmayaraq, daim tәdqiq obyektlәri sahәsini genişlәndirmәyә sәy göstәrmәsi E.-in ikinci başlıca cәhәtidir. Bu, E.-i adi idrakdan fәrqlәndirir. Adi idrakda biliyin hәqiqiliyi bilavasitә mövcud tәcrübәdә yoxlanılırsa, E. bu tәcrübәnin hüdudlarından daim kәnara çıxır. Buna görә dә o, yalnız qismәn tәcrübәnin formalarına әsaslana bilәr. E.-in malik olduğu biliklәrin hәqiqiliyinin yoxlanılmasına kömәk edә bilәn xüsusi tәcrübәyә ehtiyacı var. Bu tәcrübә rolunda elmi eksperiment çıxış edir. Biliklәrin bir hissәsi eksperimentlә bilavasitә yoxlanılır, digәrlәri isә hәqiqiliyin bir ifadәdәn digәrinә keçidini tәmin edәn mәntiqi әlaqәlәrlә öz aralarında bir-birilә bağlanırlar. Nәticәdә E.-ә xas biliklәrin sistemli tәşkili, onların әsaslılığı vә sübutluluğu meydana çıxır. 
    E. yalnız adi danışıq dilindәn vә istehsalatda, gündәlik tәcrübәdә tәtbiq olunan vasitәlәrdәn istifadә ilә mәhdudlaşa bilmәz, ona xüsusi idrak vasitәlәri – xüsusi nәzәri dil, empirik tәdqiqatlar üçün xüsusi cihazlar kompleksi lazımdır. Eyni zamanda, bugünkü praktik mәnimsәnilmә imkanlarından asılı olmayaraq, yeni obyektlәrin mәnimsәnilmәsini tәmin edәn spesifik metodların hazırlanması zәruridir. Metod E.-dә çox zaman tәdqiqat obyektinin fiksasiyası vә yenidәn yaradılması şәrti kimi çıxış edir. Nәhayәt, dәrk edәn subyektin xüsusi hazırlanması tәlәb olunur. Adi idrakın subyekti sosiallaşma prosesinin özündә formalaşdığı halda, elmi fәaliyyәtin subyekti üçün xüsusi tәlim, hәmçinin hәqiqәtin axtarılması vә hәqiqi biliyin daim artırılması kimi E.-ә xas olan dәyәrlәr sisteminin mәnimsәnilmәsi tәlәb olunur. Hәr hansı sosial mәqsәdlәr naminә hәqiqәtin qәsdәn tәhrifinә vә plagiata qadağa qoymaqla daimi innovativ fәaliyyәt tәlәb edәn elmi tәdqiqat normaları vә idealları tarix boyu bu müddәalar әsasında inkişaf edir. Elmi monoqrafiyanın vә mәqalәnin tәrtibatının vacib şәrti kimi istinadlar institutu yalnız bu vә ya digәr ideyaların vә mәtnlәrin müәllifliyini fiksә etmәk üçün nәzәrdә tutulmur, hәm dә E.-ә artıq mәlum olan faktların vә yeni nәticәlәrin dәqiq ayırd edilmәsinә tәminat verir.
    İnkişaf etmiş E.-dә tәcrübi tәdqiqatlarla yanaşı, nәzәri tәdqiqatlar da formalaşır, burada real obyektlәrlә tәfәkkürün әsaslandığı idealizә olunmuş obyektlәr qarışır. Onların әlaqәsindәn qurulmuş modellәr әsaslandırıldıqdan sonra öyrәnilәn predmetli sahәnin nәzәri sxeminә çevrilәn hipotezlәr qismindә çıxış edirlәr. Bilavasitә tәcrübәdәn әldә edilmiş empirik asılılıqlarla vә faktlarla yanaşı, xüsusi bilik tipi – empirik asılılıqları nәzәri postulatların nәticәsi kimi ortaya çıxarmağa imkan verәn nәzәriyyә yaradılır. Bu halda biliklәr yalnız hәyata keçirilmiş tәcrübә ilә әlaqәlәndirilmir, onlar imkan vә zәrurәt kateqoriyaları üzrә tәşkil olunur vә “öz-özünә” reallığının obyektlәri haqqında biliklәr kimi çıxış edirlәr. Bir-birilә mürәkkәb әlaqәlәrә malik elmi fәnlәr sistemi (riyaziyyat, fizika, kimya, biologiya, texniki vә sosial elmlәr) formalaşır.

    Elmi idrakın genezisi. Başlanğıc mәrhәlәdә yeni yaranmaqda olan E. hәlә mövcud praktikanın hüdudlarından kәnara çıxmır, praktik fәaliyyәtә daxil olan obyektlәrin dәyişikliklәrini onların mümkün hallarını öncәdәn bildirmәklә modellәşdirir. Onlar üzәrindә әmәliyyatlar da praktik fәaliyyәtlәrin sxemi kimi çıxış edәrәk,  tәcrübәdәn әxz olunur. Qәdim misirlilәrin hәndәsi biliklәri bu cür sәciyyә daşıyırdı; onların tarım çәkilmiş ölçü ipinin vә dairәlәr cızmaq üçün bir ucu yerә bәrkidilmiş eyni ipin kömәyi ilә torpaq sahәlәrindә ölçülәr aparma әmәliyyatları sonradan sxemlәşdirilmiş vә pәrgarın, xәtkeşin kömәyi ilә hәndәsi fiqurların qurulması üsuluna çevrilmişdir.
    E.-in formalaşmasında üç başlıca mәrhәlәni ayırmaq mümkündür. Elmәqәdәrki mәrhәlәdәn E.-ә keçidi antik polis mәdәniyyәti kontekstindә, ona xas kütlәvi diskussiya dәyәrlәrinin, hәqiqәti әldәetmә şәrtlәri kimi sübutların vә әsaslandırmaların nümayişi vasitәsilә ilk dәfә riyaziyyat reallaşdırmışdır. Mülahizәdәn fәrqlәnәn әsaslandırılmış bilik idealı özünün xüsusi anlamını hәqiqәti dәrketmә vә açma metodlarına (dialektikamәntiqә) xüsusi diqqәt verәn antik fәlsәfәdә qazanmışdır. Ellinizm dövründә yaradılmış Evklid hәndәsәsi inkişaf etmiş elmi nәzәriyyәnin ilk nümunәsi idi. Mәhz yunan riyaziy yatında biliklәrin teorem (“verilmişdir – sübutu tәlәb olunur – sübut”) şәklindә yeni şәrhi prinsiplәri tәsbit olunmuşdur; halbuki qәdim Misir vә Babil riyaziyyatında mәsәlә hәllәrinin yalnız “Bu cür et!”, “Bax, sәn düzgün etmisәn!” sxemi ilә ifadә olunan normativ reseptlәri verilirdi. Qәdim Misir vә Babil mәdәniyyәtlәrindә kahinlәr vә mәmurlar zümrәsinә aid olan biliklәrin istehsalı vә ötürülmәsi prosesi avtoritar sәciyyә daşıyırdı. 
    İkinci mәrhәlә tәbiәtin riyazi tәsvirinin eksperimental tәdqiqatla birlәşmәsinә әsaslanan yeni Avropa tәbiәtşünaslığı ilә tәmsil olunmuş vә İntibah, Reformasiya dövrlәrindә baş vermiş mәdәni sıçrayışlar nәticәsindә formalaşmışdır. Eksperimentin idrak metodu vә E.-dә irәli sürülәn hipotezlәrin hәqiqiliyinin yoxlanması metodu kimi tәsdiqinin ilkin zәmini insanın öz işlәrindә İlahi yaradılış aktlarını davam etdirәn, tәbiәt obyektlәrini fәal şәkildә dәyişdirәn vә fәaliyyәtindә tәbiәtә qarşı duran, onda baş verәn proseslәrә müdaxilә etmәklә hәr şeyin hәrәkәtini idarә edәn, mәkanın bütün nöqtәlәrindә, zamanın bütün anlarında eyni cür fәaliyyәt göstәrәn universal qanunları üzә çıxaran yaradıcı kimi başa düşülmәsi idi. Texnogen sivilizasiyanın baza dәyәrlәrinin tәşәkkülü dövründә formalaşan bu dünyagörüşün müddәaları әnәnәvi mәdәniyyәtlәrә yad idi. Belә ki, süni olanla (texne) tәbii olanın (füsis) qarşıdurmasına әsaslanan antik mәdәniyyәtdә kosmosun vahid canlı orqanizm kimi dәrki mücәrrәd tәxәyyüldә onun harmoniyasının qavranılması kimi başa düşülürdü vә hәtta ellinizm dövründә antik E. tәbiәtin riyazi tәsvirinin eksperimentlә birlәşdirilmәsinә bilavasitә yaxınlaşdığı zaman (Arximed, Heron, Papp İsgәndәriyyәli) eksperimentin tәbiәtin dәrki üsulu kimi qavranılmasına doğru hәlledici addımı atmadı. Bu gün tәbiәt haqqında fiziki biliklәr kimi tәqdim olunanlar antik dünyada yalnız süni olan (texne) haqqında
    biliklәr kimi nәzәrdәn keçirilirdi. 
    E.-in inkişafında texniki, sonralar isә osial vә humanitar E.-lәrin tәşәkkül tapdığı üçüncü mәrhәlә sәnaye dövrü, elmi biliklәrin sәnaye istehsalına tәtbiqinin genişlәnmәsi, bununla әlaqәdar kәşflәrin stimullaşdırılması vә bütün yeni mühәndis qurğularının tirajlanması ilә, elәcә dә sosial strukturların sürәtlәnmiş transformasiyaları, yeni tipli sosial birliklәrin meydana gәlmәsi ilә bağlıdır. Sonuncusu bu vә ya digәr sosial qrupa daxil olan fәrdlәrin standartlaşdırılmış funksiyalarının vә hәrәkәtlәrinin rasional tәnzimlәnmәsi üsullarını aydınlaşdırmağı tәlәb edirdi. Bu tәlәbatlar kontekstindә ilkin mәrhәlәdә tәbiәt elmlәri nümunәsindә yaradılmış (Kontun “sosial fizika”sı vә s.) cәmiyyәt haqqında elmlәrin ilk quruluş proqramları formulә edildi (K.A. Sen-Simon, O. Kont, K. Marks). Mәdәniyyәtin yaradılmasını vә vәziyyәtini öyrәnәn humanitar elmlәrin formalaşması onların özünәmәxsus öyrәnilmә prosedurlarının (dәyәrlәrә şamiletmә, anlama, ideoqrafik metod, narrativ tәsvirlәr vә s.) üzә çıxarılması vә bununla bağlı “tәbiәt haqqında elmlәr”in “ruh haqqında elmlәr”lә qarşı-qarşıya qoyulması ilә (Q. Rikkert, V. Vindelband, V. Diltey, M. Veber) müşayiәt olunurdu. Lakin müasir E.-dә tәbiyyat vә humanitar elmlәr arasında sәrt demarkasiya xәtti yoxdur.
    Elm sosial institut kimi. İlk elmi cәmiyyәtlәr vә akademiyalar Avropada 17– 18 әsrlәrdә yaranmışdı. Bu dövrdә alimlәrin yeni tipli kommunikasiyaları, o cümlәdәn tәdqiqatçılar arasında latın dilindә aparılan vә eksperimentlәrin nәticәlәrinin, onların interpretasiyalarının, izahedici hipotezlәrin әks olunduğu şәxsi yazışmalara әsaslanan “alimlәr respublikası” tәşәkkül tapırdı. 18 әsrin sonu – 19 әsrin 1-ci yarısı elmi fәaliyyәt sahәsindә ixtisaslaşmanın dәrinlәşmәsi fәnn birliklәrinin meydana gәlmәsi ilә nәticәlәndi. Elmi jurnallar yaranır, elmi mәqalә (monoqrafiya ilә yanaşı) elmi fәaliyyәtin әsas mәhsuluna çevrilirdi. Latın dili öz yerini milli dillәrә verirdi. O zaman meydana gәlәn akademik idarәlәrlә (London Kral Cәmiyyәti, 1660; Paris EA, 1666; BerlinBrandenburq EA; Peterburq EA, 1724) yanaşı, alimlәrin Fransa konservatoriyası (texniki sәnәtlәr vә peşәlәr saxlancı, 1794), Alman tәbiәtşünasları yığıncağı (1822), Britaniyanın tәrәqqiyә yardım assosiasiyası (1831) vә s. bu kimi assosiasiyalar formalaşır, tәhsil sistemi dәyişirdi. Un-tlәrdә tәdris predmetlәri sırasına әnәnәvi humanitar elmlәrdәn başqa, tәbiәtşünaslıq vә texniki fәnlәr dә daxil edilirdi. Mütәxәssislәrin hazırlanması üçün yeni mәrkәzlәr (Parisdә Politexnik mәktәb, 1794) açılırdı. 19 әsrdә tәhsil elmi biliyin ayrı-ayrı sahәlәri üzrә ixtisaslaşma әsasında qurulurdu
    ki, bu da E.-in fәnlәr üzrә tәşkilinin formalaşmasına uyğun gәlirdi. 20 әsrdә E. alimlәrin böyük kollektivlәrini, tәdqiqat proqramlarının mәqsәdyönlü maliyyәlәşmәsini vә xüsusi ekspertizasını, elmi axtarışa xidmәt edәn xüsusi sәnaye-texniki bazanı, kadrların mәqsәdyönlü hazırlanmasını ehtiva edәn elmi bilik istehsalının xüsusi tipinә çevrildi. Fәnlәrarası vә problem tәmayüllü tәdqiqatların xüsusi çәkisi artdı. Alimlәrin stasionar birliklәri (ETİ-lәr, akademiyalar, un-tlәrdәki elmi mәrkәzlәr) “görünmәz kollec” tipli qeyri-formal birliklәrlә tamamlandı. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә kompüter şәbәkәlәrinin vә dünya şәbәkәsi olan İnternetin meydana gәlmәsi elmi kommunikasiyanın yeni tiplәrinin yaranmasına sәbәb oldu. 
    E.-in tarixi inkişafı prosesindә onun sosial funksiyaları daim dәyişmişdir. Tәbiәtşünaslığın tәşәkkülü dövründә E. dinlә mübarizә apararaq, dünyagörüşün formalaşması prosesindә özünün iştirak hüququnu müdafiә edirdi. Son nәticәdә bu proses elmi dünya mәnzәrәsinin formalaşması ilә nәticәlәndi. Bu da sonralar kütlәvi tәhsil sisteminin әsasına çevrilmiş müstәqil bilik forması kimi üzә çıxdı. Bununla da E. insanlarda dünyagörüşü tәşәkkülünün real faktoruna çevrildi. 19 әsrdә dünyagörüşü funksiyasına istehsal
    qüvvәsi funksiyası da әlavә olundu. Elmi nailiyyәtlәrin istehsalatda geniş tәtbiqi elmi-texniki inqilab fenomenini doğurdu. 21 әsrdә E. ictimai hәyatın әn müxtәlif sahәlәrinә nüfuz edәrәk, sosial qüvvәyә çevrilmәkdәdir.
    Elmi inqilablar vә elmi rasionallığın tiplәri. E.-in әsaslarının elmi inqilab kimi sәciyyәlәndirilәn yenidәnqurulması bir tәrәfdәn elmi fәnlәr daxilindә yaranan yeni empirik vә nәzәri materialın, digәr tәrәfdәn sosiomәdәni faktorların tәsiri altında hәyata keçirilir. Belә inqilabların iki tipini ayırmaq mümkündür. T. Kun tәrәfindәn tәsviri verilmiş birinci tip E.-in ekspansiyasının yeni predmetli sahәlәrdә yaratdığı anomaliya vә böhranlarla bağlıdır; nisbilik nәzәriyyәsininkvant mexanikasının tәşәkkülü buna nümunә ola bilәr. İkinci tip fәnlәrarası qarşılıqlı әlaqәlәr sayәsindә, elmi paradiqmalar bir fәndәn digәrinә keçirilәn zaman (mәs., kibernetika, biologiya vә linqvistika arasındakı müasir qarşılıqlı fәaliyyәt proseslәri) yarana bilәr. 

    Qlobal elmi inqilablar dövründә elmi rasionallıq tipinin dәyişmәsi baş verir. E.-in inkişafında (17 әsrdәn başlayaraq) elmi rasionallığın üç başlıca tipini ayırmaq mümkündür: klassik (17–20 әsrin әvvәllәri), qeyri-klassik (20 әsrin 1-ci yarısı), postqeyri-klassik (20 әsrin sonu). Klassik E. subyektlә obyekt arasında mәsafә olduğunu nәzәrdә tutur, subyektә vә fәaliyyәt asitәlәrinә aid hәr şeyin izahdan vә tәsvirdәn kәnarlaşdırılmasını isә obyektiv hәqiqi biliyin şәrti hesab edirdi. Qeyriklassik rasionallıq üçün obyekt haqqında hәqiqi biliyin alınması subyektin istifadә etdiyi fәaliyyәt vasitәlәri vә әmәliyyatlarını aşkarlamadan mümkün deyil (bu yanaşma kvant-relyativist fizikada reallaşdırılmışdır). Postqeyri-klassik rasionallıq üçün isә obyekt haqqında biliklәrin yalnız vasitәlәrlә deyil, hәm dә insan fәaliyyәtinin dәyәr-mәqsәd strukturları ilә uyğunluğu, elmi-texnoloji tәfәkkür dәyәrlәrinin mәnәviyyatla, incәsәnәtlә, dünyanın dini vә fәlsәfi dәrki ilә tәmsil olunmuş sosial dәyәrlәri ilә birlәşmәsi vacibdir.
    Yeni rasionallıq tiplәrindәn hәr birinin yaranması әvvәlkini rәdd etmәsә dә, tәdqiq olunan obyektlәrin sahәsini genişlәtmәklә (klassik E.-dә üstün olan sadә mexaniki sistemlәrdәn qeyri-klassik vә postqeyriklassik özünütәnzimlәyәn vә öz-özünә inkişaf edәn mürәkkәb sistemlәrә qәdәr), onun fәaliyyәt mәkanını mәhdudlaşdırır. Müasir, postqeyri-klassik E.-dә insanı vә onun fәaliyyәtini әsas komponent kimi götürәn, inkişaf etmәkdә olan xüsusi tip sistemlәr daha çox yer tutmağa başlayır. Müasir biotexnologiyalar, ilk növbәdә gen mühәndisliyi obyektlәri, tibbi-bioloji obyektlәr, iri ekosistemlәr vә ümumilikdә biosfer, insan-maşın sistemlәri vә mürәkkәb mәlumat komplekslәri (süni intellekt dә daxil olmaqla), sosial obyektlәr vә s. bunlara aiddir. Bu tip sistemlәrlә azad şәkildә eksperimentlәr aparmaq olmaz, onların tәdqiqi vә praktik mәnimsәnilmәsi prosesindә potensial olaraq özündә insan üçün faciәvi nәticәlәr daşıyan bәzi qarşılıqlı fәaliyyәt strategiyalarına qadağaları bilmәk xüsusilә vacibdir. Belә obyektlәrin öyrәnilmәsi izahedici müddәaların tәrkibinә dәyәr faktorlarının daxil edilmәsini nәzәrdә tutur ki, bu da elmi proqramların sosial-etik ekspertizası zamanı hәyata keçirilir. Bu cür obyektlәr üzәrindә tәdqiqat fәaliyyәtinin gedişindә alim obyektә mümkün müdaxilәnin sәrhәdlәrini müәyyәnlәşdirmәklә etik xarakterli problemlәri hәll etmәli olur. Belә sistemlәrin tәdqiqat metodologiyası elmi-tәbii vә humanitar idrakın dәrin inteqrasiyalarının әsasını tәşkil dir vә onları yaxınlaşdırır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV