ƏXİ EVRƏN, Ə b ü l - H ә q a y i q N ә s i r ә d d i n M a h m u d i b n Ə h m ә d (1172, Xoy – 1262, Türkiyә, Qırşәhәr) – Azәrb. mütәfәkkiri, Anadoluda әxiliyin qurucusu. Əvhәdәddin Kirmaninin kürәkәni (qızı Fatimәnin әri). Silsilәsinin sәhabә Salman Farsi vasitәsilә Əli ibn Əbu Talibә çatdığı göstәrilir. İlk tәhsilini Xoyda almış, sonra Xorasana vә Orta Asiyaya sәyahәt etmişdir. Fәxrәddin Razi vә Şihabәddin Sührә vәrdi ilә söhbәtlәrdәn geniş şәkildә faydalanmış, Əhmәd Yәsәvinin müridlәrindәn tәsәvvüfü öyrәnmişdir. Mәkkә sәfәrindә Kirmani ilә görüşüb, onun müridi olmuşdur. Abbasi xәlifәsi Nasirin tapşırığı ilә fütüvvәt ideologiyasını yaymaqdan ötrü
1205 ildә Kirmani vә İbn Ərәbi ilә birgә Anadoluya getmiş, Konyada Cәlalәddin Rumi vә Sәdrәddin Qunәvi ilә görüşmüşdür. Anadoluda olduğu müddәtdә әsnaf vә sәnәtkarlar arasında tәbliğat aparmış, onları fütüvvәtnamәlәrdә ifadә olunan tәmiz әxlaq, fәzilәt vә inanc devizi altında tәşkilatlanmağa tәşviq etmişdir. Belәliklә, o vaxtadәk artıq müәyyәn normalar vә hәyat tәrzi qaydalarının mәcmusu şәklindә mövcud olmuş әxiliyi sistemlәşdirmәyә vә nizamlı әsnaf tәşkilatına çevirmәyә nail olmuşdur. Kirmaninin vәfatından sonra Kayseriyә getmiş, orada dabbağlıqla mәşğul olmuşdur. Eyni zamanda bütün Anadolu әrazisindә 32 müxtәlif sәnәt nümayәndәsini mәrkәzlәşdirilmiş tәşkilatda birlәşdirәrәk, әsnaf vә sәnәtkarların piri kimi mәşhurlaşmışdır. O göstәrirdi ki, bütün sәnәt növlәrinә qayğı nizamlı sosial hәyatın tәminatıdır. Qadınları әxiliyә qәbul etmәyәn Ə.E. onların da tәşkilatlanmasından ötrü Fatimә vasitәsilә “Baciyani-Rum” (Anadolu bacıları) tәşkilatını yaratmışdı. Onun dövründә başda Anadolu olmaqla türklәrin yaşadığı bütün әrazilәrdә tәlim-tәrbiyә ocaqları olan zaviyәlәr vә dәrgahlar inşa edilmişdi. Ə.E. ömrünün sonunu Qır şәhәrdә yaşamış, nüfuzu vә qüvvәsi ilә dövlәt üçün tәhlükә hesab edildiyindәn әxi üsyanları zamanı şәhәr әmiri Nurәddin Caca tәrәfindәn qәtlә yetirilmişdir. Oradakı
mәqbәrә vә tәkyәsi hazırda ziyarәtgahdır. Ə.E.-in 20-dәk әsәri dövrümüzә gәlib çatmışdır. Türk sufi şairi Əhmәd Gülşәhrinin 167 beytlik “Kәramati-Əxi Evran” mәsnәvisi Ə.E.-in fәzilәt vә kәramәtlәrindәn bәhs edir. Adına Qırşәhәrdә un-t var.
Əd.: Ç a l ı ş k a n Y., İ k i z M.L. Kültür, sanat ve medeniyetimizde ahilik. Ankara, 1993; B a y a t F. Türk tәsәvvüf әdәbiyyatı. B., 2011; D u r u c a n H. Ufuk ötesi. İstanbul, 2014; Tәsәvvüf tarixi. Bakı İslam Un-ti. B., 2011.