ƏXİ FƏRƏC ZƏNCANİ, Ş e y x Şәqiq F ә r ә c (tәqr. 1000, Zәncan – 1062, yaxud 1065, Zәncan) – Azәrb. mütәfәkkiri, әxiliyin ilk nümayәndәlәrindәn biri. Əxi kimi tanınan ilk şәxsdir. Əxilik ideyasının Azәrb.-da yayılması ilә bağlı mәnbәlәrdә ilk adıçәkilәn İbn Yәzdanyar Urmәvinin davamçısı olmuşdur. Qazı Vәcihüddin Sührәvәrdinin (Ş.Sührәvәrdinin dayısı Şeyx Əbun-Nәcib Sührәvәrdinin mürşidi) müәllimi olmuşdur. Azәrb.-da tәsәvvüfün yayılmasında mühüm rol oynamışdır. Əxi Fәrәcdәn sonra Azәrb.-da sufilik comәrdliklә assosiasiya olunmuş vә sosial önәm kәsb etmiş, bu әnәnә bir sıra sufilәrә (o cümlәdәn Baba Fәrәc Tәbrizi) tәsir göstәrmişdir. Əxi Fәrәcin әn mәşhur davamçıları Naxçıvanlı Xacә Mәhәmmәd Xoşnam vә Balә Xәlil Mәrәndidir. Əxi Fәrәc barәsindә mәlumata Ə.Caminin “Nәfәhatül-üns”ündә rast gәlinir. O, İbn Bәzzazın “Sәfvәtüssәfa” әsәrindә “tәriqәt şeyxlәrinin şeyxi” kimi xatırlanır. “Qabusnamә”dә dә adı çәkilmişdir.