ƏXİCUQ (? – 1359) – Qızıl Orda әmiri, Tәbriz hakimi. 1356/57 ildә Canıbәyin Azәrb.-a hücumunun iştirakçısı olan Ə. Azәrb. hakimi elan edilәn Bәrdibәyin (Canı bәyin oğlu) nüfuzlu әmirlәrindәn idi. Bәrdibәy atasının ölümü ilә әlaqәdar Azәrb.-ı tәrk etdikdә (1357) Ə. Tәbrizdә qaldı. 1357 ildә Cәlairi sultanı Üveyslә döyüşdә mәğlub olan Ə. Naxçıvana, oradan isә Qarabağa çәkildi. Lakin Üveys Bağ dada qayıtdıqdan sonra Ə. yenidәn Tәbrizi әlә keçirdi. 1359 ilin yazında Kirman, Fars vә İsfahan hakimi Mübarizәddin Mәhәmmәd Miyana yaxınlığında Ə.-u mәğlub edib Tәbrizi tutdu. Lakin Mübarizәddin Mәhәmmәd öz әmirlәri tәrәfindәn öldürüldü; Tәbriz Cәlairilәrin әlinә keçdi. Ə. sultan Üvey sә sui-qәsd hazırlanmasında tәqsirlәnd irilәrәk öldürüldü.