ƏXİLİK – Abbasilәr dövründә [750–1258] yaranmış vә Azәrb., İran, Orta Asiya, xüsusilә Kiçik Asiyada yayılmış dini-ictimai tәşkilat, sәnәtkarlar birliyi. Bәzi tәdqiqatçılar “әxi” sözünü әr.-dәn tәrcümәdә “qardaşım” mәnası ilә, bәzilәri isә türkmәnşәli “akı” (әliaçıq, alicәnab, comәrd) sözü ilә әlaqәlәndirmişlәr. “Akı” sözünә Y.Balasaqunlunun “Qutadqu bilik” (1069) әsәrindә 33 yerdә vә M.Kaşqarinin
“Divanü lüğat it-türk” (1072–74) әsәrindә rast gәlinir. Əxilәr fütüvvәt mәslәyinin daşıyıcıları olmuş, öz silsilәlәrini “Əlidәn başqa comәrd yoxdur” hәdisinә әsasәn comәrdlik rәmzi kimi tanınan Əli ibn Əbu Talibә bağlamışlar. Onlara görә, hәr sәnәt bir peyğәmbәrdәn vә ya övliyadan başlamışdır (mәs., Adәm әkinçilәrin, İdris dәrzi vә yazıçıların, Nuh dülgәrlәrin, Lut tarixçilәrin, İlyas çuxaçıların, İsa sәyyahların, Mәhәmmәd tacirlәrin, Salman Farsi bәrbәrlәrin, Əxi Evrәn dәriçilәrin piri hesab edilirdi), bu baxımdan Ə.-in tarixi insanlıq qәdәr qәdim dir. Bәzi mәnbәlәr Ə.-in kökünü Mәkkәdә insan haqları vә әdalәtin qorunması üçün yaradılmış, Mәhәmmәd peyğәmbәrin dә iştirak etdiyi “Hilfülfüzul” (“Fәzilәtlilәr birliyi”) ilә әlaqәlәndirir. İslamaqәdәrki türklәrdә fütüvvәtin subyekti olan “fәta” (әr. comәrd) anlayışına müvafiq “alp” vә “әrәn” anlayışlarına rast gәlinir. Ehtimal ki, islam dininә mәxsus fütüvvәt vә üxüvvәt (әr. qardaşlıq) әnәnәlәri müvafiq yerli әnәnә ilә birlәşmiş, vahid düşüncә vә normalar sisteminә çevrilmişdir. Ə. tәşkilatlanmadan öncә düşüncә sistemi vә hәyat tәrzi kimi Azәrb., İran vә Orta Asiyada mövcud olmuşdur. Anadolu sәlcuqlarına qәdәr Türküstanda “әxi” anlayışı geniş yayılmışdı. Əbu Müslim Xorasaninin (8 әsr) әxi olması barәdә qeydlәr var. Ə.-in Qaraxanilәrin hakimiyyәtinin [927–1212] ilk illәrindә yaranması ehtimalı da mövcuddur. Azәrb.-da Ə. ideyalarının yayılmasına dair ilk mәlumatlar Əbu Bәkr Hüseyn ibn Əli ibn Yәzdanyar Urmәvinin (ö. 944) adı ilә bağlıdır. Ə.Cami vә Ə.Nәvai onun barәsindә mәlumat vermişlәr. İbn Yәzdanyardan sonra onun ideyalarının әn böyük davamçısı vә Ə.-in ilk qurucularından biri әslәn Azәrb. türkü olan, ilk dәfә “әxi” adı ilә tanınan Əxi Fәrәc Zәncani sayılır. Qaraxanilәr dövründә Xorasanın böyük şәhәrlәrindә, Sәlcuqilәr dövründә Sәmәrqәnd, Tus, Mәrv, Tәbriz, Ərdәbil, Zәncan, Gәncә, Rey, daha sonralar isә Bakı vә s. şәhәrlәrdә Ə. tәriqәt kimi formalaşmışdı. Artıq ilkin әxi birliklәri sәnәtkarlar arasında sağlam rәqabәti tәmin etmәk, iqtisadi balansı qorumaq, şәhәrlәrdә sosial nizama nәzarәt etmәk gücündә idi. 11 әsrin sonu – 12 әsrin әvvәllәrindә Beylәqan ş.-nin hәyatında әxilәr mühümrol oynamışlar. Ümumiyyәtlә, әxi birliklәri bir neçә әsr әrzindә hakimiyyәt boşluğu vә xaos şәraitindә (xüsusilә monqol işğalları zamanı) alternativ idarәçilik funksiyasını öz üzәrlәrinә götürmüş, mәrkәzi hakimiyyәt güclәndikdәn sonra isә fәaliyyәti arxa planda davam etdirmişlәr. Alp Arslanın Malazgird vuruşmasındakı (1071) zәfәrindәn sonra, xüsusilә Mәlikşah vә vәzir Nizamülmülkün dövründә Anadoluya başlanan axınla, elәcә dә Konya sultanı II Qılınc Arslanın yenidәn qurduğu Ağ saray ş.-nә Azәrb.-dan çoxlu sayda alim, qazi vә tacir gәtirtmәsi ilә Ə. Anadoluya nüfuz etdi. Abbasi xәlifәsi Nasirin o dövrdә, demәk olar ki, bütün Yaxın Şәrq әrazisinә yayılmış fütüvvәt birliklәrini tәşkilatlandırmaq vә rәsmilәşdirmәk qәrarı Konya sultanı I Qiyasәddin Keyxosrov [1205–11] tәrәfindәn dәstәklәndikdәn sonra Ə. Anadoluda mәrkәzlәşmiş tәşkilata çevrildi. Keyxosrovun öz müәllimi Mәcdәd din İshaqı Bağdada göndәrmәsinә cavab olaraq, xәlifә İbn Ərәbi, Əvhәdәddin Kirmani, Əxi Evrәn vә b.-dan ibarәt fütüvvәt heyәtini Mәcdәddin İshaqla birgә Anadoluya yola saldı. Mәcdәddin İshaq, onun ölümündәn (1221) sonra isә Kirmani “Rum şeyxlәrinin şeyxi” fәxri adına layiq görüldülәr. Konya sultanları I İzzәddin Keykavus [1211–20] vә I Əlaәddin Keyqubadın [1220–37] fütüvvәt tәşkilatına daxil olması ilә Anadoluda Ə.-in nüfuzu daha da artdı. I Əlaәddin Keyqubadın himayәsi altında Ə.-in bir tәrәfdәn sufi düşüncә tәrzi vә fütüvvәt qaydaları әsasında tәkyә vә zaviyәlәrdә şeyx-mürid münasibәtlәrini formalaşdıran, digәr tәrәfdәn sәnәtkarlıq vә ticarәt mühitinә nәzarәt etmәklә ölkәnin iqtisadi hәyatını nizamlayan tәşkilat kimi inkişafında Əxi Evrәnin xüsusi rolu oldu. Anadolunun türklәşmәsi vә islamlaşmasında mühüm rol oynamış Ə. sosial yönlәriylә yanaşı, dövlәtin siyasi hәyatında da böyük әhәmiyyәtә malik idi. Mәrkәzi hökumәtin zәiflәdiyi dövrdә tәşkilat öz nüfuzu sayәsindә şәhәrlәrdә nizam-intizama nәzarәt edirdi. Monqol yürüşlәri zamanı әxilәr Kayserini şücaәtlә müdafiә etmişdilәr. Monqol istilasından vә Əxi Evrәnlә yanaşı, bir çox әxinin dә qәtlә yetirilmәsindәn sonra ucqarlara, xüsusilә Osmanlı bәyliyinә sığınan әxilәr Osmanlı dövlәtinin qurulmasında vә inkişafında mühüm rol oynamışlar. Osman Qaziәxi şeyxi olan Ədәbalidәn xeyir-dua almış, sultanlar I Orxan vә I Murad da Ə.-in nümayәndәlәri olmuşlar. Osmanlı dövlәti güclәndikcә vә imperiyaya çevrildikcә idarәçilikdәn uzaqlaşdırılan Ə. II Mehmedin [1444–46] dövründәn başlayaraq siyasi nüfuzunu itirdi. Tәşkilatın Türkiyә sәnәtkar sexlәrinin hәyatında uzun müddәt qorunub saxlanan quruluş vә prinsiplәri Tәnzimat nәticәsindә iqtisadiyyatın zәiflәmәsi ilә tamamilә aradan qalxdı. Ə. orta әsrlәrdә Azәrb.-ın sosial vә siyasi hәyatında mühüm yerә malik idi. Hәlә Elxanilәr [1256–1357] vә Cәlairilәr [1341–1431] dövründә bәzi әxilәrin dövlәt vәzifәlәrindә işlәdiklәri mәlumdur. 1406 ildә Tәbrizdә Teymurilәrә qarşı üsyana başçılıq etmiş Şeyx Əxi Qәssabın tәşәbbüsü vә rәhbәrliyi ilә Tәbrizin tacir vә sәnәtkar rәislәri 1412 ildә Şirvanşah I İbrahimi qaraqoyunlu Qara Yusifin әsirliyindәn qurtarmışdılar. Xәlvәti şeyxlәri (Əxi Mәhәmmәd, Əxi Yusif Xәlvәti vә b.) vә Sәfәvi müridlәri (Əxi Şadi Xәbbaz, Əxi Düluzi, Əxi Hәnifә, Əxi Hәsәn vә b.) arasında da әxilәr var idi vә buna görә dә әxilәr özlәrini yalnız siyasi deyil, hәm dә mәnәvi cәhәtdәn Sәfәvi şahlarına bağlı görürdülәr. Sәfәvi ordusunda xidmәt edәn әxi öncüllәri “Əxi Bәy”, “Əxi Sultan” lәqәblәri ilә tanınırdılar. İbn Bәzzaz “Sәfvәtüs-sәfa”
(1358) әsәrindә Sәfәvi dövlәti ilә әlaqәsi olan 21 әxinin adını çәkir. Şeyx Sәfiәddinin tәriqәt mübәlliği kimi tәklif etdiyi dörd nәfәrdәn ikisi (Əxi Süleyman Xadim, Əxi Cәbrayıl) әxi idi. I Şah İsmayılın [1501–24] hakimiyyәtә keçmәsindә әxilәr müәyyәn rol oynamışlar. I Tәhmasibin [1524–76] әxi rәhbәrlәrindәn Xoca Əxi Bәyi Tәbrizdә vәzir tәyin etmәsi hәmin dövrdә әxilәrin nüfuzunun daha da artmasından xәbәr verir. Sonralar Sәfәvilәrin teokratik dövlәtә çevrilmәsi sıravi әxilәrin onlardan uzaqlaşmasına vә Azәrb.-da tәdricәn sosial kateqoriya kimi ictimai hәyatdan çıxmalarına sәbәb olmuşdur. Ə.-lә bağlı olaraq, Qubada Pirә-Comәrd türbә-mәscidi (12 әsr), Bakının Kürdәxanı k.-ndә Əxi Nurullah zaviyәsinin (1448/49) qalıqları, Gәncә yaxınlığında әsl adı Əliyar olan Comәrd Qәssabın (ö. 1222/23) mәzarı üzәrindә inşa olunmuş Comәrd Qәssab türbәsi (17 әsr) qalmışdır. İçәrişәhәrin divarı üzәrindә hәkk olunmuş, hansısa zaviyәyә aid bir kitabәdә (1384) Əxi ibn Ramazan Şirvaninin adı çәkilir. Dәrәlәyәz mahalının Əlәyәz k.-ndә Əxi Tәvәkkül zaviyәsi (12–13 әsr) olmuş, sonralar bu abidә ermәnilәr tәrәfindәn dağıdılmış, bütöv qalan daş lövhәnin bir hissәsindә isә xaç şәkli çәkilәrәk ermәnilәşdirilmişdir. Bir sıra mәnbәlәrdә N.Gәncәvinin dә Ə.-in üzvü olduğu, әxi şeyxlәrindәn dәrs aldığı, xüsusilә “Sirlәr xә zinәsi” poemasında Ə.-in әxlaq kodeksini kodlaşdırdığı göstәrilir. M.Gәncәvi vә X.Şirvani kimi Ə.-lә әlaqәsi ehtimal olunan müasirlәrinin әhatәsindә yaşaması onun bu tәşkilatla әlaqәsinin sübutu ola bilәr. Ə. fütüvvәt birliklәrinin tәsiri ilә formalaşsa da, mәnbәlәrdә eynilә onun davamı kimi yox, “türk hadisәsi”, türklәşmiş bir tәşkilat kimi sәciyyәlәndirilir. Yalnız sәnәtkarların qәbul edildiyi vә daxili iyerarxiya әsasında qurulan Ə. 3 (igid, әxi vә şeyx), yaxud 9 dәrәcәli (igid, yamaq, çıraq, kalfa, usta, nәqib, xәlifә, şeyx, şeyxlәr şeyxi, yaxud әxi baba) inisiasiya sisteminә malik idi. Əxlaqa zidd hәrәkәt edәnlәr tәşkilatdan uzaqlaşdırılırdı. Axşamlar zaviyәlәrdә Ə. nizamnamәlәri (fütüvvәtnamәlәr) әsasında 740 maddәdәn ibarәt әxlaq dәrslәri keçirilir, cavanlara ox atmaq vә at çapmaq da öyrәdilirdi. Fütüvvәtnamәlәrdә әxi ola bilmәk üçün 7 әsas qayda göstәrilirdi: sәxavәt, mәrhәmәt, qәnaәt, pәhrizkarlıq, yalnız Allah dan istәmәk, mәrifәt vә düz günlük). Cәmiyyәtin hәyatında yaxından iştirak etmәk (yoxsullara, kimsәsizlәrә, qәriblәrә yardım, insan haqları vә әdalәtin qorunması uğrunda mübarizә) Ə.-in başlıca prinsipi idi. Silahlı mübarizәlәrә dә qatılan Ə. daha çox iqtisadi mübarizәyә üstünlük verirdi. Əxilәrin xüsusi musiqisi, geyimlәri vә silahları var idi. Ə.-ә girişin 3 әsas simvolu “şürb” (duzlu su) içmәk, “şәd” (bel qurşağı) bağlamaq vә “şalvar” geyinmәk sayılırdı. “Şürb” vә “şәd”in Mәhәmmәd peyğәmbәrdәn qalan vә Əli ibn Əbu Talib vasitәsilә ötürülәn bir әnәnә olduğu qәbul edilir. Ə.-dә şalvar ictimai hәyata bağlılığı simvolizә edәrәk, cәmiyyәtdәn tәcrid olan sufilәrin “xirqә”sinә qarşı qoyulurdu.
Əd.: Ç a l ı ş k a n Y., İ k i z M.L. Kültür, sanat ve medeniyetimizde ahilik. Ankara, 1993; A ş u r b ә y l i S.B. Şirvanşahlar dövlәti. B., 2006; B a y a t F. Türk tәsәvvüf әdәbiyyatı. B., 2011; M u s a l ı N. Safeviler ve Ahiler, Ahilik Uluslararası Sempozyumu Bildiri kitabı. Kayseri, 2011.