ELM ETİKASI – elm nümayәndәlәrinin elmi biliyә, bir-birlәrinә, cәmiyyәt vә dövlәtә, elәcә dә özlәrinә qarşı münasibәtdә davranışlarını tәnzimlәyәn әxlaqi normalar mәcmusu. Birinci tip münasibәt elmi idrakın yaradıcı vә konstruktiv tәbiәti ilә şәrtlәnir vә elm nümayәndәsinin qәbul etdiyi elmi qәrara görә koqnitiv cavab- dehliyi ilә әlaqәdardır. İkinci tip münasibәt elm normaları ilә (bax Elm etosu), üçüncü tip elmin cәmiyyәt vә dövlәt qarşısında tәtbiqinә görә elm nümayәndәsinin daşıdığı mәsuliyyәtlә, dördüncü tip isә elm nümayәndәsinin elmdә öz şәxsi mövqeyini dәrk etmәsi ilә tәnzimlәnir. E.e. elm fәlsәfәsinin vә ümumi elmşünaslığın predmetidir, elmi fәaliyyәtin etik tәnzimlәnmәsi qanunauyğunluqlarını öyrәnir.