ELMA ODLARI, m ü q ә d d ә s E l m a n ı n o d l a r ı – yer sәthindәki yüksәk obyektlәrin (qüllә, dor ağacları, ayrıca bitәn hündür ağaclar, qayaların sivri ucları vә s.) iti uclarında parlaq saçaqlar şәklindә müşahidә olunan atm. elektrik boşalmaları. E.o. adının mәnşәyi orta әsrlәrdә müqәddәs Elma kilsәsinin qüllәlәrindә tez-tez müşahidә edilәn bu tәbiәt hadisәsi ilә bağlıdır. E.o. atm. iti ucun yaxınlığında elektrik sahәsinin intensivliyi 500 V/m vә ondan daha yüksәk hәddә çatanda baş verir; belә şәrait adәtәn ildırımlı havada, qışda isә fırtına vaxtı yaranır. Fiziki tәbiәti etibarı ilә E.o. tac boşalmasının xüsusi formasıdır.