ELMENTEYTA – Şәrqi Afrikada (Keniya) Neolit dövrünә aid arxeoloji mәdәniyyәt (e.ә. 5-ci minillik). Adı yaxınlıqdakı gölün adından götürülmüşdür. Gölün sahilindәki Gembl mağarasında aşkarlanmış qәbirlәrdә bükülü vәziyyәtdә dәfn olunmuş ölülәrin üzәrinә qırmızı oxra sәpilmişdir. Әmәk alәtlәri – ucu kütlәşdirilmiş uzunsov lövhәlәr, әrsinlәr, tiyәlәr, mikrolitlәr obsidiandan (d ә v ә g ö z ü ) düzәldilmişdir. Keramik nümunәlәr qәdәh vә küpәlәrdәn ibarәtdir. Daş qablar vә müxtәlif muncuqların tapılması digәr Neolit mәdәniyyәtlәri ilә әlaqәlәri tәsdiq edir.