ELMİ CӘMİYYӘTLӘR – elmi tәdqiqatla mәşğul olan mütәxәssislәr vә hәr hansı elm sahәsi ilә maraqlanan şәxslәrin könüllü cәmiyyәtlәri. Әsas fәaliyyәti elmi әsәrlәrin müzakirәsi, tәbliği vә nәşrindәn, elmi tәdqiqatlar üçün vәsaitlәr dәrc etdirmәkdәn vә s. ibarәtdir. İstehsalatda çalışan alim vә mütәxәssislәri elmi-texniki cәmiyyәtlәr birlәşdirir. Elmlә maraqlanan gәnclәrin ali mәktәblәrdә vә digәr tәdris müәssisәlәrindә yaradılan cәmiyyәtlәri dә E.c. adlanır (tәlәbә elmi cәmiyyәti, mәktәb elmi cәmiyyәti vә s.). E.c. beynәlxalq elmi ittifaqlar vә birliklәr çәrçivәsindә ölkәlәr arasında elmi-texniki әmәkdaşlığın inkişafında mühüm rol oynayır, elmi әsәrlәrin geniş mübadilәsini aparır, konfranslar, simpoziumlar, konqreslәr keçirir.