Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELMİ DƏRƏCƏ

    ELMİ DӘRӘCӘ – müәyyәn bilik sahәsindә çalışan alitәhsilli mütәxәssisә verilәn ixtisas dәrәcәsi. Azәrb.-da fәlsәfә doktoru – PHD (elm sahәlәri göstәrilmәklә), elmlәr doktoru – Dr. Sc (elm sahәlәri göstәrilmәklә), “Doktor” E.d.-lәri var. E.d.-lәr ali tәhsil müәssisәlәrindә vә elmi tәşkilatlarda fәaliyyәt göstәrәn dissertasiya şuralarının vәsatәti әsasında qanunvericiliyә uyğun olaraq verilir vә Ali Attestasiya Komissiyası tәrәfindәn 2003 ildә “Elmi dәrәcәlәrin vә elmi adların verilmәsi haqqında Әsasnamә”yә uyğun olaraq tәsdiq olunur. Doktor ixtisaslaşdırılmış Elmi Şura tәrәfindәn verilәn әn yüksәk E.d.-dir.

    Azәrb. Resp.-nın “Tәhsil Qanunu”na әsasәn ali mәktәb tәhsilindәn sonrakı tәhsil doktorantura hesab olunur vә müvafiq elmi dәrәcәlәrin alınması doktorantura yolu ilә hәyata keçirilir. Doktoranturada tәhsilini başa vurmuş vә müvafiq elmi dәrәcә almış şәxslәrә müәyyәn edilmiş qaydada hәmin elmi dәrәcәni tәsdiq edәn vahid formada dövlәt nümunәli sәnәd – diplom verilir.

    Yeni tәhsil strukturlarına әsasәn tәhsil sistemindә ilk doktoranturalar açılana qәdәr “elmlәr namizәdi” E.d. saxlanılır. Yeni doktoranturalar fәaliyyәtә başlayarkәn elmlәr namizәdlәrinin attestasiyası keçirilir. Attestasiyanın nәticәlәrinә uyğun olaraq “magistr” vә ya “doktor” E.d. verilir.

    Bütün ölkәlәrdә tәhsil modellәri, diplomlar, onların әldә olunması üçün verilәn tәlәblәr vә qoyulan şәrtlәr müxtәlifdir.

    Azәrb. Resp.-sında tәhsil sisteminin inkişaf prioritetlәri Avropa mәkanında gedәn proseslәrә inteqrasiya olunmaqla müәyyәnlәşdirilir. Uzun illәr boyu elmlәr namizәdi vә elmlәr doktoru strukturu ilә fәaliyyәt göstәrәn Azәrb.-da fәlsәfә doktoru vә elmlәr doktoru modelinә keçid ideyası әsas götürülür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV