ƏXLAQ (әr. – xasiyyәt, tәbiәt sözünün cәmi) – ictimai şüur formalarından biri; ictimai hәyatın bütün sahәlәrindә (mәişәt, ailә, әmәk prosesi, elm vә siyasәt) insanların davranışını tәnzim edәn sosial institut. Ə. insanların öz davranışlarında rәhbәr tutduqları prinsip, norma vә qaydaların mәcmusu, onların hәyatda bir-birinә, ailәyә, işlәdiyi kollektivә, millәtә, bütövlükdә cәmiyyәtә olan münasibәtinin ifadәsidir.
Ə.-ın strukturu insanın şüur fәaliyyәtinin bir-birinә әks qütblәrini ifadә edәn xeyir vә şәrin ziddiyyәtinә әsaslanır: onun bilәrәkdәn can atdığı xeyir, bilәrәkdәn uzaq durduğu isә şәrdir. İnsan hәrәkәtlәrini idarә edәn müxtәlif mәqsәdlәr arasında bütün digәr mәqsәdlәri müәyyәnlәşdirәn vә ali xeyir kimi çıxış edәn әn ümumi vә mühüm bir mәqsәd fәrqlәndirilir. Davranışın şüurlu olaraq ali xeyirә tәrәf istiqamәtlәnmәsi ona xeyir qütbünü aşılayır vә insanın mәnәvi enerjisini müәyyәnlәşdirir. Bütün insanlar xeyirә can atırlar, lakin onu müxtәlif cür başa düşürlәr. Bu zaman eyni predmetә müxtәlif baxışların qarşılaşdırılması, mәnәvi prioritetlәrin hәqiqiliklәri baxımından nәzәrdәn keçirilmәsi problemi yaranır.
Hәlә qәdim filosoflar ali xeyir haqqında konkret tәsәvvürlәrin müxtәlifliyini üç әsas variantla ifadә etmişlәr: hәzzә canatma, vәtәndaş fәallığı vasitәsilә özünütәsdiq vә әbәdiliyә qovuşma (bunları sonrakı dövrlәrin ifadәlәri ilә insanın özü üçün, cәmiyyәt üçün vә Allah üçün yaşaması kimi mәnalandırmaq mümkündür). Necә başa düşülmәsindәn asılı olmayaraq, xeyirә canatma qismindә mәnәvi canatma insan üçün özdәyәrlilik mәnası daşıyır, onun şәxsi mәhrәm başlanğıcının vә daxili lәyaqәtinin ifadәsi kimi çıxış edir. Şüurlu iradi sәylәrin әsas dәyәr özәyi kimi xeyirin vә şәrin әksliyi insanın bilavasitә davranış mәhdudluğunu onun ideal vәziyyәti ilә birlәşdirir vә mövcudluğunu vәzifә, tale, missiya sәviyyәsinә qaldırır. Ə. insanın öz qәrarlarını vә hәrәkәtlәrini necә görmәk istәmәsi, bütünlükdә onun iradәsindәn asılı olacağı vә ideal tәsәvvürlәrә uyğun gәlә bilәcәyi tәqdirdә, o hәrәkәtlәrin necә olması nöqteyi-nәzәrindәn irәli gәlәn baxışdan ibarәtdir.
Ə. fәrdi vә ümuminin vәhdәtindәn yaranır, hәyat fәaliyyәtinin mәqsәdli şәkildә reallaşdırılan fәrdi mәnasını ifadә edir vә bununla yanaşı, ümumi әhәmiyyәt daşıyan universal tәbiәtә malikdir. Müvafiq olaraq, o, fәrdi-şәxsi vә obyektivlәşdirilmiş-şәxssiz formalara ayrılır.
Ə.-ın fәrdi-şәxsi formalarını insanın xasiyyәti (xarakteri, daxili nizamı) anlayışında ümumilәşdirmәk olar. Onlar aşağıdakılardan ibarәtdir: a) ümumi dәyәr mәnası (buna görә insanı mehriban, mülayim, tәmkinli, ciddi, әdalәtli, yaxud zalım, pozğun vә s. adlandırırlar); b) daxili qiymәtlәndirmә mexanizmlәri (vicdan, hәya, peşmanlıq, günah, yaxud vicdansızlıq, hәyasızlıq, özündәnrazılıq vә s.); c) hәyat fәaliyyәtinin konkret sahәlәrindә lәyaqәtli vә lәyaqәtsiz hәrәkәtlәrin icrasına yönәlmiş vә müvafiq olaraq, fәrdi Ə.-ın yekun göstәricisi kimi xeyir vә şәr әmәllәr adını almış sabit davranış vәrdişlәri. Bunlar insanın fәaliyyәti prosesindә formalaşan qazanılmış insani keyfiyyәtlәrdir vә yalnız fәaliyyәtdә olan şәxsiyyәtә uyğunluğu ilә (onun bilәrәkdәn etdiyi seçiminin nәticәsi kimi) sәciyyәlәndirilir. Müsbәt keyfiyyәtlәrin әsrlәrlә toplanmış siyahısı çox böyükdür vә tam şәkildә ehtiva olunması mümkün deyil, çünki o hәr bir kollektiv vә fәrdi tәcrübәdә inkişaf edәn canlı prosesdir. Platonun tәsvir etdiyi dörd әsas antik mәziyyәtә (mötәdillik, cәsarәtlilik, müdriklik vә әdalәtlilik) dünya dinlәri ilә birlikdә dünya praktikasına daxil olmuş mәrhәmәtlilik, Yeni dövrdә isә demokratik hәyat quruluşu ilә bağlı olan tolerantlıq әlavә edilmişdir.
Ə.-ın obyektivlәşdirilmiş-şәxssiz formaları cәmiyyәt Ə.-ı anlayışında cәmlәnir vә aşağıdakılara bölünür: a) adәtlәr – bu vә ya digәr cәmiyyәtdә hәyata keçirilәn sabit kütlәvi davranış formaları; b) ictimai rәylә vә hamının qәbul etdiyi davranış nümunәlәri (tәqdir, yaxud mәzәmmәt olunan) ilә dәstәklәnәn qiymәtlәndirmә kanonları; c) davranış meyarlarını yaradan normalar (universal prinsiplәrdәn etiket qaydalarına qәdәr). Çıxış nöqtәsi vә bazis әsası kimi әxlaq normaları, aralarındakı istәnilәn fәrqlәrdәn asılı olmayaraq, bütün insanlar üçün vacib, istisna tanımayan mütlәq qanun statusuna iddia Onlar iradәnin muxtariyyәtinә әsaslanır, buna görә dә obyektә vә subyektә bölünmür: belә güman edilir ki, insanın danışıqsız tabe olduğu әxlaq normalarını o, öz-özü üçün irәli sürür, çünki özünü öz şüurlu vә ictimai varlıq mahiyyәtinә adekvat aparır.
Qeyd-şәrtsizlik, universallıq vә muxtarlıq Ə.-ın real sәciyyәlәridir, onlar mәhz bu şәkildә ictimai şüurda tәmsil olunur vә öz tәsirliliyini üzә çıxarır. Onlar Musanın Dekaloqu (10 әmr), İsa Mәsihin dağdakı vәzi, Quran vә Mәhәmmәd peyğәmbәrin hәdislәri, yeni Avropa insan hüquqları bәyannamәlәri kimi hamının qәbul etdiyi toplularda mәhz bu cür mәcәllәlәşdirilmişdir; ilk iki halda onlar Allahın әmrlәri, üçüncüdә isә aşkar tәbii hәqiqәtlәr kimi ifadә olunmuşdur. Ə.-ın bu cür qeyd-şәrtsiz vә bir qayda olaraq, sakral şәkildә mәdәniyyәtә daxil edilmәsinin özü o demәkdir ki, hansısa mәziyyәtinә görә mәnәviyyat adından danışmaq vә onun keşiyindә durmaq imtiyazına malik insanlar olmadığı kimi, öz çatışmazlıqları vә alçaqlıqları sәbәbindәn Ə.-ın onlar üzәrinә qoyduğu vәzifәlәrdәn kәnarlaşdırılmış insanlar da yoxdur. İstisnasız olaraq bütün insanlar onların davranışlarına insani legitimlik verәn ali instansiya kimi Ə.-a eyni dәrәcәdә müraciәt etmәk hüququna malikdirlәr. Ə.-ın ilkinliyi vә mütlәqliyi ictimai tәcrübәdә onun qeyri-mәhdud sayda rәngarәng interpretasiyalarını vә konkretlәşdirmәlәrini nәzәrdә tutur.
İctimai praktikada ayrı-ayrı fәrdlәrin vә institutların öz Ə. anlayışlarını yeganә hәqiqәt kimi qәlәmә vermәlәri vә bunun әsasında cәmiyyәtdә mәnәvi mәhkәmә keçirmәk hüququnu qәsb etmәlәri ilә әxlaqi qiymәtlәndirmәdәn vә meyarlardan sui-istifadә hallarına çox rast gәlinmişdir. Öyüd-nәsihәt verәn fәrd (mәs., Tartüf) bәdii әdәbiyyatın әn sevimli satirik tiplәrindәndir.
Ə.-ın fәrdi-şәxsi vә obyektivlәşdirilmişşәxssiz formaları onun iki müxtәlif tarixi konfiqurasiyası – aristokrat vә bürger etosları üçün çıxış nöqtәsi olmuşdur.
Burada şәxsi formalar şübhәsiz üstünlüyә malikdir vә bu üstünlük yalnız fәrdi Ə.-a deyil, hәm dә öz fәaliyyәtini әsasәn şәxsi iştirak zonalarında (gedişinә vә nәticәsinә әvvәlcәdәn nәzarәt edilmәsi mümkün olmayan, buna görә dә prosesә cәlb edilmiş insanların mәnәvi keyfiyyәtlәrindәn bilavasitә asılı olan hadisәlәrdә, insanlardan peşәkar bilik vә vәrdişlәrdәn başqa, aydın ifadә olunmuş şәxsi mövqe, qәtiyyәt, mәsuliyyәti öz üzәrinә götürә bilmәk bacarığı tәlәb olunan zamanlarda) aşkarlayan ictimai Ə.-a aiddir.
Müsbәt keyfiyyәtlәr vә normalar öz-özlüyündә davranışın әxlaqi keyfiyyәtliliyinә zәmanәt verә bilmәz. Birincisi, insanın hәrәkәtindә mәnәvi motivlәr bir çox digәr motivlәrlә qaynayıb-qarışır, әxlaq normaları adәtlәrlә, hüquqi müddәalarla, peşәkar vә digәr qaydalarla vәhdәtdә üzә çıxır. Mәnәvi motivlәr predmetә әsaslanan motivlәrә münasibәtdә muxtar vәziyyәtdә olub, yekun sanksiya kimi onları üstәlәyir, buna görә dә elә situasiyalar olur ki, fәrd üçün sәrfәli olan hәrәkәt onun özü tәrәfindәn lәyaqәtsiz sayılır. Eyni zamanda mәnәvi motivlәr müstәqillikdәn mәhrumdur, onların fәaliyyәti empirik tәmayüllü digәr motivlәrdәn asılıdır. İkincisi, әmәllәri әxlaqi meyarlarla tәsnif etmәyә imkan verәn mәnәvi motivlәr bu vә ya digәr fәrdin düşdüyü konkret vәziyyәtdә nәyi vә necә edәcәyi haqqında heç nә demir. Ə. üçün dünyanı qavramanın әsas vә spesifik üsulu olan әmәldә onun mәzmununu vә hәyata keçirilmә faktının özünü fәrqlәndirmәk mühümdür. Əmәlin mәzmunu onun әsaslandırılmış vә mәqsәdәuyğun olmasını müәyyәnlәşdirәn biliklәr (o cümlәdәn etik tövsiyәlәr vә xәbәrdarlıqlarla), vәrdişlәr, tәcrübә vә digәr cәhәtlәrlә müәyyәnlәşәn xüsusi mәsuliyyәtin predmetidir. Lakin әmәlin hәyata keçirilmә imkanından, şәrtlәrindәn vә üsullarından xәbәr verәn xüsusi mәsuliyyәtdәn heç dә belә nәticәyә gәlmәk olmaz ki, hәmin fәrd o әmәli hәyata keçirmәlidir. Bu, mәnәvi mәsuliyyәtin predmetidir vә әmәli hәyata keçirmәyin yeganә әsası konkret şәxsin onu hәyata keçirmәk qәrarıdır. Xüsusi mәsuliyyәtdәn fәrqli olaraq, mәnәvi mәsuliyyәtin özünәmәxsusluğu da bundadır. Əmәli hәyata keçirmәk qәrarı vә konkret şәxsin ona görә bütün mәsuliyyәti öz üzәrinә götürmәsi, o әmәlin mәzmunu ilә bağlı bütün mülahizәlәrdәn muxtar vәziyyәtdәdir, lakin bu qәrar qәbul edildikdәn sonra hәmin mülahizәlәr müәyyәnlәşdirici olur: mәnәvi mәsuliyyәt birbaşa xüsusi mәsuliyyәtdәn irәli gәlmәsә dә, öz davamını onda tapır (heç bir elm fәrdә deyә bilmәz ki, o, hansı әmәli nә zaman törәtmәlidir ki, hәmin әmәl şübhәsiz әxlaqi olsun).
Belәliklә, hәr zaman insanın vә cәmiyyәtin mәnәvi yetkinliyinin qüsursuz meyarları sayıla bilәcәk xüsusi әmәllәr vә fәaliyyәt növlәri mövcud deyil (çünki, hәtta mәrhәmәt vә yardım işlәri dә bәzi hallarda görüntü, riyakarlıq sәciyyәsi daşıya bilir). Bu halda Ə. tәkcә niyyәtlәr sferasına daxil olmur; xüsusi әxlaqi әmәllәr sinfinin yoxluğu o demәkdir ki, bütün әmәllәr şәxsiyyәtә öz mәnbәyi kimi әsaslanma dәrәcәsinә görә mәnәvi mәsuliyyәtlә yaşama sferası daxilindәdir.
Fәrdi vә ictimai hәyat tәcrübәsi, elәcә dә fәlsәfi-etik nәzәriyyә üçün әn çәtin sual odur ki, şәxsiyyәtin iştirakı ilә baş vermiş, lakin ondan asılı olmayan obyektiv sәbәblәrlә şәrtlәnmiş hәrәkәtlәr üçün hәmin şәxsiyyәtin fәrdi mәnәvi mәsuliyyәti nә qәdәr әsaslandırılmışdır? Bu mәsuliyyәtin ölçüsü necә olmalıdır? Fәrdin öz şәxsi mәsuliyyәt daşıdığı vә mәzәmmәt oluna bilәcәyi obyektiv şәrtlәnmiş hәrәkәtini daxilәn azad seçilmiş hәrәkәt kimi qavraması, belә bir sәrt faktla әsaslandırılır ki, o, hәmin hәrәkәti etmәyә dә bilәrdi. Mәhz lәyaqәtsiz hesab etdiyi hәrәkәti etmәmәk iradәsi insanın öz hәrәkәtlәrinә şәxsi, mәnәvi anlaqlı münasibәtinin ölçüsünü müәyyәnlәşdirir. Bu, Ə.-ın tәsirini anlamaq üçün mәrkәzi mәqamdır.
Əxlaqi tәlәblәr әsasәn qadağa formasında olur. Bu, daha çox normalara (sәmavi dinlәrdә qәtl, oğurluq, zina, yalan şahidlik vә s. әmәllәrә qoyulan qadağalar), hәm dә müsbәt keyfiyyәtlәrә (çılğınlığın, acgözlüyün, şәhvәtpәrәstliyin qadağası kimi mötәdillik; qorxaqlığın qadağası kimi cәsurluq; nadanlıq vә mövhumatın qadağası kimi müdriklik; haqsızlığın qadağası kimi әdalәt; zorakılığın qadağası kimi mәrhәmәt; insanlar arasında irqi, dini, siyasi vә s. cәhәtlәrә görә ayrı-seçkiliyә qadağa kimi tolerantlıq) aiddir. Qadağalar bilavasitә insani mövcudiyyәt sferası ilә onları әhatәlәyәn vәhşilik sferası arasında sәrhәdi müәyyәnlәşdirir (heyvanlarla ümumi olan tәbii ehtiyaclarımızı insan kimi ödәmәk onları heyvanlar kimi ödәmәmәk demәkdir). Yalnız qadağalar bәşәriyyәt miqyasında universal işlәk mexanizm ola bilәr, onların hamı üçün әhәmiyyәtliliyinin zәmanәti isә insanların onları bu cür qәbul etmәk bacarığıdır. Fәrdlәr öz empirik fәrqliliklәri sәbәbindәn eyni hәrәkәtlәri edә bilmәzlәr, lakin onlar etmәmәk haqqında ümumi razılığa gәldiklәri eyni hәrәkәtlәri etmәyә bilәrlәr. Qadağalarda insanlar ağıllı varlıqlar kimi çıxış edirlәr: şüurlu iradәnin mövcudluğu onların fәaliyyәt qabiliyyәtliliyi üçün kifayәtedici әsasdır. Bu mәnada geniş tәtbiq olunan qida qadağalarını әxlaqi tәlәblәrә nümunә göstәrmәk mümkündür: Pifaqor ittifaqında paxlalı qidaları yemәmәk öhdәliyi vardı; donuz әti qadağası müsәlman vә yәhudi icmasının әsas qadağalarından biridir; vegeterianları әtli qidalardan imtina etmәk birlәşdirir vә s.
Əxlaqi qadağaların vә neqativ hәrәkәtlәrin yayılmasında insanın mәnәvi-ruhani başlanğıcı birbaşa onun fәaliyyәt varlığı ilә üst-üstә düşür. İnsan günaha batma vә nәfsә uyma vәziyyәtindә, onu qadağan olunmuşu hәyata keçirmәyә tәhrik edәn meyillәrlә vә şәraitlәrlә ziddiyyәtdә olduqda qadağalara riayәt edir vә neqativ hәrәkәtlәr formasında özünü fәal tәsdiqlәmәyә çalışır. Neqativ hәrәkәt ruhi cәhәtdәn gәrgin aktdır. O, mübarizәdә yaranır vә qadağanın әxlaqi cәhәtdәn qәtiliyini dәrk etmәk onun yeganә motividir. İnsan öldürmәk qadağasını öldürmәk tәlәbatı, istәyi vә imkanı olduğu tәqdirdә düşmәninә yardım әli uzatdığı, yaxud özündә intiqam hissini önlәdiyi zamanlarda hәyata keçirir. Ə. qadağalarda vә qadağalar vasitәsilә insan varlığında dәrin kök salır. Fәrd tәbii vә sosial instinktlәrin dağıdıcı stixiyasını mәhdudlaşdırmaq, cismani istәklәrini, hakimiyyәt hәrisliyini, varlanmaq şövqünü azaltmaq vә ehtiraslarını şüurun sәsinә tabe etmәklә özünü bir şәxsiyyәt olaraq mükәmmәllәşdirir.
Əxlaqi cәhәtdәn tәsdiqlәnmiş tәcrübә özünün bütün formalarında qadağalarla çәrçivәlәnmişdir (mәs., ailә zina ilә, әdalәt mühakimәsi yalan şahidliklә, Vәtәn tәәssübü xәyanәt qadağası ilә vә s.). Bunlarla yanaşı, heç bir mәhdudiyyәti olmayan, mütlәq kimi düşünülәn universal qadağalar da vardır. Belә qadağalardan iki әn mühümü zorakılığa vә yalana qoyulan qadağadır. Onlar insana fiziki mәcburiyyәt (zorakılıq), yaxud aldatma yolu ilә digәr insanın iradәsini özünә tabe etmәyә qadağa qoymaqla, fәrdlәrin mәnәvi cәhәtdәn yetkinlәşmiş şәxsiyyәtlәr vә fәrdi mәsuliyyәtli davranış subyektlәri qismindә varlıqlarını hüdudlandırırlar.
İnsanın bәdәni hәzzә canatması, ağrıya vә әzablara nifrәt etmәsi ilә özündә spesifik hәyat memorandumu daşıdığı kimi, onun xeyirә istiqamәtlәnәn vә şәrә qarşı duran şüurlu iradәsi dә Ə.-ı spesifik insanlıq öhdәliyi kimi özündә ehtiva edir; memorandumun ilk iki maddәsi insanların öz aralarındakı bütün problemlәri şüurlu şәkildә danışıqlar vasitәsilә hәll etmәk vә bütün aidiyyәtli tәrәflәrin razılığı ilә qәrarlar almaq borcundan ibarәt köklü qadağalardır.
Əxlaqi zәruriliklәr yalnız qadağalarla mәhdudlaşmasa da, mәhz onlarda özünün qәtiliyini vә mütlәqliyini aşkarlayır. Ə.-a uyğun gәlmәyәn әmәllәri istisna etmәklә, qadağalar bütün digәr әmәllәrә üstüörtülü mәnәvi icazә verir. Bu icazә yaxın adamına sevgi, düzgünlük, әdalәt, vicdan, mәrhәmәt vә s. kimi pozitiv tәlәblәrdә aşkar üzә çıxır. Sonuncular Ə.-ın müxtәlif aspektlәrinin ifadәsidir, mahiyyәtcә onunla eyni olub, fәaliyyәtin ümumi dәyәr әsasları kimi çıxış edir. Əxlaqi tәlimatlar prinsipcә abstraktdır vә ona görә dә nisbidir: onlardan әmәllәrә birbaşa keçid yoxdur (onların qadağalardan fәrqi dә bundadır). Eyni tәlimat birbirinә әks olan davranış xәtlәri üçün bәhanә ola bilәr (mәs., vәtәn sevgisi hәrbçi üçün dә, pasifist üçün dә arqumentdir; valideynlik borcunu bәzilәri uşaqları ciddi himayә etmәkdә, digәrlәri onlara güzәştә getmәkdә görürlәr). Ə.-a hәrәkәtlәrin legitimlik mәnbәyi kimi müraciәt etmәk ondan sui-istifadә forması ola, demaqoji mәna daşıya bilәr. Ümumi әxlaqi tәlimatların mәzmunca dolğunlaşdırılması haqqında mәsәlә konkret (bu vә ya digәr zamana, cәmiyyәtә, fәaliyyәt sahәsinә, iştirakçı şәxslәrә vә s. tәtbiqdәn asılı olaraq) hәll edilir, kütlәvi etik diskursun predmeti vә daimi mәnbәyi olur.